Azərbaycan və Qazaxıstan Ali Məhkəmələri arasında Anlaşma Memorandumu imzalandı

Azərbaycan və Qazaxıstan Ali Məhkəmələri arasında Anlaşma Memorandumu imzalandı
29.10.2025 17:53

Azərbaycanda səfərdə olan Qazaxıstan Ali Məhkəmə Şurasının sədri Dmitriy Malaxovun rəhbərlik etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olub.

Bu barədə TodayPress TV-yə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində uğurla inkişaf etdiyini vurğulayıb.

Qonaqlara ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, bu sahədə tətbiq edilən yeniliklər və Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, iki ölkə arasında məhkəmə sahəsində əlaqələrin daha da dərinləşdirilməsi, birgə seminar və təlimlərin təşkili, eləcə də təcrübə mübadiləsi proqramlarının həyata keçirilməsi gələcək əməkdaşlığın inkişafına mühüm töhfə verir.

Qazaxıstan Ali Məhkəmə Şurasının sədri Dmitriy Malaxov səmimi qəbula görə təşəkkür edərək, Azərbaycanla hüquq və ədalət sahəsində əməkdaşlığın gücləndirilməsinin hər iki ölkənin məhkəmə sistemlərinin təkmilləşdirilməsinə xidmət edəcəyini bildirib.

Görüş çərçivəsində ədalət mühakiməsinin təkmilləşdirilməsi, iki dövlətin məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi və əlaqələrin dərinləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Bütün Xəbərlər