Aşura günü ilə bağlı qanvermə aksiyası davam edir - YENİLƏNDİ

Aşura günü ilə bağlı qanvermə aksiyası davam edir - YENİLƏNDİ
25.06.2026 12:11

Aşura günü ilə bağlı Azərbaycanda keçirilən könüllü qanvermə aksiyası davam edir.

Səhiyyə Nazirliyindən TodayPress TV-yə verilən xəbərə görə, saat 12:00-a olan məlumata görə, qan verən donorların sayı 1701 nəfərə çatıb.

Toplanmış qanın həcmi isə 765,45 litr təşkil edib.

TodayPress TV

***

10:44

Bu gün səhər saat 10:00-a olan məlumata görə, 486 nəfər qanvermə aksiyasında iştirak edib.

TodayPress TV xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev Təzəpir məscidində Aşura günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyası zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il də azad olunmuş ərazilərdə - Şuşa və Ağdam şəhərindəki məscidlərdə qanvermə aksiyası təşkil olunub:

"Ümumilikdə ölkə üzrə 30 şəhər-rayon üzrə 40 müəssisədə bu aksiya həyata keçirilir. Onlardan 24-ü məscid və ziyarətgah, 15-i tibb məntəqəsi, 1-i isə təhsil müəssisədir".

İcraçı direktor bildirib ki, aksiya saat 16:00-dək davam edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Aşura günü ilə bağlı qanvermə aksiyası davam edir - YENİLƏNDİ 10:44 Ukraynanı işğal etməmişik axı, xüsusi əməliyyat idi...- Rusiyanın inanılmaz dəyişimi 12:01 Yeni "iPhone" gəlir, cibləri yandıracaq qiymət bəlli oldu 11:57 BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır 11:56 Səs yazısı yayıldı, polislər qapısına dayandı – Gümrüdə nə baş verir? 11:47 ANAMA Şuşanın o kəndindəki minatəmizləmə rəqəmlərini açıqladı 11:47 İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi 11:29 İki ardıcıl zəlzələ binaları tabuta çevirdi, dünya köməyə qaçdı Düşmənlik kənarda qaldı... 11:29 Metroda qatarların hərəkət qrafiki bu səbəbdən dəyişdiriləcək 11:23 Ukrayna Rusiyanın "qəlbi"nə zərbələri davam etdirir - VİDEO 11:17 Azərbaycan Mozambiki təbrik etdi 11:09 "Toxumçuluq haqqında" qanun layihəsi müzakirə edilir 11:05 “NATO sammitinə Ərdoğana görə gedəcəyəm” - VİDEO 10:58 Futbol üzrə növbəti dünya çempionatı Azərbaycanda! 10:51 7.5 ballıq zəlzələ buzları əritdi - Tramp bu dəfə də fəlakəti fürsətə çevirdi 10:47 Məşhur general 10 il sonra AZADLIĞA ÇIXDI 10:38 Qarabağda separatçıları dəstəkləyirdilər, Çeçenistanda qətliama əl çalırdılar – İndi hansı maskanı taxıblar? 10:34 Azərbaycan neft bazarında azalma davam edir - SON QİYMƏTLƏR 10:29 DÇ-2026-da pley-offa yüksələn 13 komanda bəlli oldu 10:21 Xahiş edirəm, icazə verin gəlim... - Papoyan Əlixanova məktub yolladı 10:08 Venesuelada ağır humanitar fəlakət: Ölənlərin sayısı 100 mini keçə bilər! - VİDEO - YENİLƏNDİ 10:00 Dənizdə batanlardan sonuncu şəxsin meyiti tapıldı 09:54 XİN Sloveniyanı Dövlətçilik Günü münasibətilə təbrik etdi 09:46 Neft birjalarında azalma davam edir 09:33 Venesuelada təbii fəlakət: Dağıntılar artır, hava limanı bağlandı - VİDEO 09:16 Bütün Xəbərlər