Antalya və Bodrumda milyonlarla insan sağ qalır, Xəzərdə isə hər yay onlarla insan ölür… Sirr nədədir?

Antalya və Bodrumda milyonlarla insan sağ qalır, Xəzərdə isə hər yay onlarla insan ölür… Sirr nədədir?
23.06.2026 14:35

Antalya və Bodrum kimi dünyanın ən çox turist qəbul edən çimərliklərində hər il milyonlarla insan dənizə üz tutsa da, ölüm və boğulma halları nisbətən aşağı olur. Amma Xəzərin bəzi nəzarətsiz sahələrində isə hər yay təkrarlanan faciələr ciddi suallar yaradır. Bu halda aydın olur ki, fərq təkcə dənizin təbiətində deyil, daha çox təhlükəsizlik sistemləri və insan davranışı ilə bağlıdır.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən təhlükəsizlik eksperti Orxan Musayev bildirir ki, çimərliklərdə baş verən faciələrin böyük əksəriyyəti insan faktoru ilə əlaqədardır. Yəni qarşısı alına biləcək səhvlər nəticəsində insanlar təhlükəli vəziyyətə düşürlər. Spirtli içki qəbul edərək suya girmək, uşaqları nəzarətsiz buraxmaq və qadağan olunmuş ərazilərdə çimmək kimi hallar hələ də ciddi problem olaraq qalır. Eyni zamanda bir çox insan dənizin dəyişkən təbiətini, güclü axınları və külək faktorunu kifayət qədər nəzərə almır. Halbuki bu kimi təbii şərtlər hətta təcrübəli üzgüçülər üçün belə risk yarada bilər.


Ekspertin sözlərinə görə, rəsmi və nəzarət olunan çimərliklərdə vəziyyət daha təhlükəsizdir. Belə ərazilərdə xilasetmə xidmətləri fəaliyyət göstərir, suyun dərinliyi nəzarətdə saxlanılır və təhlükəli daşlıq və ya relyef elementləri təmizlənir. Nəzarətsiz çimərliklərdə isə bu imkanlar olmadığı üçün hər hansı fövqəladə halda insan həyatını xilas etmək çox çətin olur.

Problemin digər vacib tərəfi maarifləndirmədir. İnsanlar yalnız “dalğa var, çimmək olmaz” kimi sadə xəbərdarlıqlarla kifayətlənməməli, dənizdə baş verən təhlükəli proseslərin mahiyyətini də anlamalıdırlar. Axına düşdükdə bədəndə nə baş verir, boğulma hadisəsinin necə sürətlə inkişaf etdiyi kimi biliklər daha geniş şəkildə ictimaiyyətə çatdırılmalıdır.

Eyni zamanda qayda pozuntularına qarşı həm ictimai nəzarət, həm də inzibati tədbirlər gücləndirilməlidir. Çünki təhlükəli davranışlar təkcə fərdi risk yaratmır, həm də ümumi faciələrə səbəb olur.

Xəzərdə baş verən boğulma hadisələrinin əsas səbəbi çox vaxt dənizin özü deyil, insanın diqqətsizliyi və “mənə heç nə olmaz” yanaşmasıdır. Bu düşüncə dəyişmədikcə, hər yay oxşar faciələrin təkrarlanma ehtimalı qalır.

Xanım Musayeva

XƏBƏR LENTİ
23 IYUN 2026
Binəqədidə sakinlər pis vəziyyətdə: “Su xətti partlayıb, evimiz bataqlığa çevrilib” 15:59 Dünyanın ən böyük sevgi himni Nigarın sözündən Rəsulun ölümünə yazıldı — Ayrılıqdan betər dünyada nə var? 15:55 Qlobal laylar titrədi: baş nazirlərin, prezidentlərin istefaları, həbsləri başladı 15:49 5 milyon qərbi azərbaycanlının 2 milyonluq Ermənistana qayıdışı niyə narahatlıq doğurdu? 15:39 Şıxlinski və oğlu barədə yekun qərar verildi 15:34 Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu 15:32 KİV: Tramp Zelenskiyə “yaşıl işıq” yandırdı 15:29 Nazir dərsliklərdəki problemi ETİRAF ETDİ 15:28 Azərbaycan rəsmi qonağı yola saldı 15:22 Liderlər Şuşada birgə nahar etdilər 15:20 Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edildi 15:18 Tonlarla çətənə kolu məhv edilib 15:11 İki qardaş ölkə rəhbəri Bülbülün ev-muzeyini ziyarət etdi 14:59 "Araz-Naxçıvan" Alberto Qarsiya Fernandeslə anlaşdı 14:55 Antalya və Bodrumda milyonlarla insan sağ qalır, Xəzərdə isə hər yay onlarla insan ölür… Sirr nədədir? 14:35 Azərbaycan-Gürcüstan qatarında bilet tapılmır - Bəs onlar necə ala bilir? 14:29 Litva prezidenti hökumətin istefasını qəbul etdi - YENİLƏNDİ 12:12 İlham baba, şəkil çəkdirək? - Balacanın arzuları çin, özü gündəm oldu - VİDEO 14:13 Berdiməhəmmədov Natəvanın güllələnmiş heykəli qarşısında 14:01 Liderlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular 13:54 Gürcüstanda azərbaycanlıların ən çox yaşadığı yerlərin siyahısı AÇIQLANDI 13:43 Qərbi Azərbaycan ABŞ konqresinin diqqətində 13:43 Prezidentlər Şuşa məscidində... 13:38 Amerikalılar bezib - İran, yanacaq, bahalaşma... 13:32 Qazanc üçün Bakıya gəlmişdilər, tabutla geri qayıdırlar — TƏFƏRRÜATLAR 13:24 Bütün Xəbərlər