Elektron attestatlar qəbul edilmir? - Valideynlər narahatdır...

Elektron attestatlar  qəbul edilmir? - Valideynlər narahatdır...
12.08.2026 14:05

Bir çox valideynlər sosial mediada paylaşım edərək iddia edirlər ki, elektron formada verilən attestatlar bəzi qurumlar tərəfindən qəbul edilmir və apostil üçün kağız sənəd tələb olunur. Onların sözlərinə görə, bu hal xaricdə təhsil alacaq şagirdlərin sənədlərinin rəsmiləşdirilməsində vaxt itkisinə və əlavə çətinliklərə səbəb olur.

Bəs elektron attestatlar niyə qəbul edilmir? Problem necə həllini tapmalıdır?


Sözügedən məsələ ilə bağlı təhsil eksperti Əmrah Həsənli TodayPress TV-yə açıqlamasında bildirib ki, burada əsas məsələ elektron attestatın hüquqi qüvvəsinin olub-olmaması deyil, elektron sənədin xaricdə istifadə üçün hansı mexanizmlə təsdiqlənməsidir:

"Azərbaycan qanunvericiliyinə əsasən, təhsil haqqında dövlət sənədlərinin elektron formada yaradılması və təqdim edilməsi nəzərdə tutulub. Yəni elektron attestat kağız attestatın sadəcə skan edilmiş variantı deyil, dövlət informasiya sistemində yaradılan və həqiqiliyi elektron qaydada yoxlanıla bilən rəsmi sənəddir".

O qeyd edib ki, burada rəqəmsallaşma ilə ənənəvi apostil mexanizmi arasında texniki və hüquqi uyğunsuzluq yaranır:

"Dövlət bir tərəfdən sənədləri elektronlaşdırır, digər tərəfdən isə vətəndaş xaricdə təhsil üçün həmin sənədi apostillətmək istəyəndə kağız daşıyıcıya ehtiyac yaranırsa, bu, rəqəmsal transformasiyanın məntiqinə tam uyğun deyil".

Ekspert düşünür ki, məsələnin həlli üçün elektron attestatların apostillənməsi ilə bağlı ayrıca və aydın mexanizm yaradılmalıdır:

"Elektron sənəddə rəqəmsal imza, QR-kod və ya vahid elektron yoxlama sistemi vasitəsilə sənədin həqiqiliyinin birbaşa dövlət informasiya sistemindən yoxlanılması mümkün olmalıdır. Xarici ölkələrin aidiyyəti qurumları da bu elektron təsdiq mexanizmini qəbul etməlidirlər".

Mütəxəssis vurğulayıb ki, əgər vətəndaşın sənədi dövlət sistemində elektron formada mövcuddursa və onun həqiqiliyi saniyələr ərzində yoxlanıla bilirsə, həmin vətəndaşı yenidən məktəbə və ya digər quruma göndərib kağız sənəd almağa məcbur etmək əlavə bürokratik yük yaradır. Xüsusilə xaricdə təhsil almağa hazırlaşan şagirdlər üçün burada vaxt amili çox önəmlidir.

"Ona görə də mən hesab edirəm ki, bu məsələ “elektron attestat qəbul edilmir” formasında deyil, “elektron attestatın beynəlxalq dövriyyədə hüquqi təsdiqi hansı mexanizmlə həyata keçiriləcək?” formasında həll olunmalıdır. Dövlət qurumları arasında vahid mexanizm hazırlanmalı və vətəndaşdan eyni məlumatı həm elektron, həm də kağız formada təqdim etmək tələbi aradan qaldırılmalıdır", - ekspert fikrini tamamlayıb.

Qeyd edək ki, 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə olaraq elektron formatda təqdim olunur. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
12 AVQUST 2026
Çempion futbolçu İtaliyaya getdi! Molina “Roma”da 14:51 Çin və İndoneziya Tayvan yaxınlığında birgə təlim keçirəcək 14:39 Ukrayna Rusiyaya sutka ərzində 1000 dron atıb 14:34 Rulyinin “Mançester Siti” macərası yenidən başlayır! 14:34 ABŞ və İran atəşkəsi uzadır? 13:59 “Sabah”ın Çempionlar Liqasında pley-off oyunlarının vaxtı bəlli oldu 14:24 Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı 13:54 Elektron attestatlar qəbul edilmir? - Valideynlər narahatdır... 14:05 Qurbanovdan “Dinamo”ya qarşı oyun öncəsi iddialı açıqlama 14:09 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 200-ü keçdi 13:50 İsraillə əməkdaşlıq edən ölkələr üçlü ittifaqa qoşularsa, nə olacaq? - ŞƏRH 13:47 “Aston Villa” böyük transferi rəsmiləşdirdi! Rucyeri İngiltərəyə gedir 13:10 Sabahın havası açıqlandı - PROQNOZ 13:27 Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: Moskva nə planlaşdırır? - ŞƏRH 13:05 Çində Azərbaycan zəfəri! Vüqar Rəsulov turnirin qalibi oldu 13:06 Rusiya Kiyevə hücum etdi - VİDEO 12:35 Prezidentin yeni təyinat verdiyi Nərminə Mustafayeva kimdir? – DOSYE 12:13 Azərbaycanda işsizlərin sayı artdı 11:17 Azərbaycanda mənzillər bahalaşdı 11:45 Bəzi yerlərdə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 11:40 ADY: Naxçıvanın Ermənistanla sərhədindən ilk 7 kilometrlik sahədə tikinti işləri aparılır 11:22 Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım 11:49 Qara dənizdə Rusiyayanın iki dron vuruldu - VİDEO 11:14 Azərbaycanın Latviyadakı səfiri geri çağırıldı, yenisi təyin olundu 11:29 Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi 11:26 Bütün Xəbərlər