Bakıda Koreya K-Pop musiqi festivalı keçirildi

Bakıda Koreya K-Pop musiqi festivalı keçirildi
12.09.2025 16:45 Mədəniyyət

Bu gün Bakı Musiqi Akademiyasının Opera zalında K-Pop janrında Koreya musiqi festivalı keçirilib.

TodayPress TV xəbər verir ki, tədbir Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Festivalda 600-dən çox K-POP pərəstişkarı iştirak edib və tədbir böyük coşqu ilə baş tutub. Bu, Azərbaycanın gənclərinin K-POP-a və ümumilikdə Koreya mədəniyyətinə olan güclü maraq və sevgisini bir daha nümayiş etdirib.

Bu il festival üçün ümumilikdə 24 komanda müraciət etmiş, onlardan yalnız seçmə turu uğurla keçən 6 komanda final səhnəsinə vəsiqə qazanıb.

İştirakçılar səhnədə hazırladıqları K-POP rəqslərini böyük həvəslə təqdim edib, tamaşaçılar isə onları gurultulu alqış və səmimi dəstəklə qarşılayıb. Nəticədə  yarışmanın qalibi (00 komandası), ikinci yerin sahibi isə (00 komandası) olub.

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kanq Kımqu çıxışında festivalda iştirak edən bütün komandaları təbrik edərək, K-POP-un artıq sadəcə musiqi janrı olmaqdan çıxıb bütün dünyanın sevdiyi qlobal mədəniyyət hadisəsinə çevrildiyini vurğulayıb.

O, həmçinin qeyd etmişdir ki, Azərbaycanın gənc nəslinin ehtirası və yaradıcılığı Koreya ilə Azərbaycanı daha da yaxınlaşdırıb və iki ölkəni daha geniş dünyaya bağlayan bir körpü rolunu oynayıb.

TodayPress TV

FOTOLAR

Bakıda Koreya K-Pop musiqi festivalı keçirildi — 1
Bakıda Koreya K-Pop musiqi festivalı keçirildi — 2
Bakıda Koreya K-Pop musiqi festivalı keçirildi — 3
Bakıda Koreya K-Pop musiqi festivalı keçirildi — 4
XƏBƏR LENTİ
19 AVQUST 2026
NBA ulduzu Karri yeni mövsümə kökləndi: “Hər şeyə yenidən başlamaq istəyirəm” 17:20 Zelenski onlara təşəkkür etdi 15:41 Çempionlar Liqasının 2028-ci il finalı Münhendə keçirilə bilər 16:54 KİV: Rusiyanın iqtisadiyyatı müharibə səbəbindən ciddi zəifləyib 15:39 “Söhbət artıq “Ferrari”dən gedir!” – Vassördən pilotlara sərt mesaj 16:46 Kolleclərə qeydiyyat başladı 15:30 NBA ulduzu Vembanyamadan Fransaya mesaj: “Bu, böyük tabudur” 16:36 Həftəsonunadək hava necə olacaq? 15:25 Azərbaycanlı hakimlər üçün UEFA-dan yeni mövsüm sınağı! 16:25 Macarıstanda yeni prezident vəzifəsinin icrasına başladı 15:15 Azərbaycanın sevimli nağıl qəhrəmanları Avropa çempionatında! 16:16 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə yeni tranzit yükü göndəriləcək 15:07 Bal ayı faciə ilə bitdi: Milyardlıq şirkətin vitse-prezidenti və həyat yoldaşı həlak oldu 15:45 Ərdoğandan İran-ABŞ gərginliyi ilə bağlı mesaj 15:02 18,20 metrlik möhtəşəm servis! Nihad Məmmədov rekord qırdı 15:45 Kamerunda qızıl mədəni uçdu, 100 nəfər öldü 14:58 Mourinyodan Rodri etirafı: “Şübhələri məni də tərəddüdə saldı” 15:33 Barrak: "İsrailin Suriyaya zərbəsi Türkiyə ilə qarşıdurma riskini artırıb" 14:47 Daimi diş yerindən çıxarsa, onu xilas etmək mümkündür: Nə etmək lazımdır? 14:38 Sibiqa Ukraynanın xarici siyasətinin üç prioritetini açıqladı 14:32 Poqbaya təşəkkür, amma məyusluq: “Nəticə gözləntilərimizi doğrultmadı” 14:32 Səsverməyə bir qədər qalmış gözlənilməz gediş: Xmara postunu tərk etdi 14:04 Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olundu 14:27 Rassell etiraf etdi: “Mercedes”in problemi üzündən bütün səylərim boşa getdi 14:15 Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi 14:20 Bütün Xəbərlər