“Sadiq insan” mənasızlığı – Orxan Saffari yazır...

“Sadiq insan” mənasızlığı – Orxan Saffari yazır...
15.09.2025 12:50 Mədəniyyət

Əlbəttə, cəmiyyət tərəfindən müxtəlif şəkildə müsbət hesab olunan xüsusiyyətlərə görə sevilən insanlar var.

Məsələn, “Sadiq insan” anlayışı kimi.

Ancaq nədir sadiqlik? Ümumiyyətlə, insan sadiq olmağa məcburdurmu?

Sadiqlik, adətən, insanın hansısa bir dəyərlə, bir münasibətlə, bir idealla bağlı qalması kimi başa düşülür.

Cəmiyyət tərəfindən yüksək qiymətləndirilən bu xüsusiyyət, doğrudan da, əxlaqi bir dəyər kimi təqdim edilir.

Sadiqlik müsbət xüsusiyyətdirsə, bəs mənfi tərəfləri necə, varmı?

Ola bilərmi sadiq olmaq bir insanın azadlığını məhdudlaşdırsın?

Bəlkə, sadiqlik həm də mənəvi sıxıntılara, sərhədlənməyə yol açır?

“Sadiq insan” anlayışı, əslində, liderlərin, idarəedicilərin yaratdığı, daha dəqiq, uydurduğu bir anlayışdır.

Sadiqlik müxtəlif prinsiplərə, şəxsə və ya hansısa bir dəyərə bağlılıqdır. Bu bağlılıq, adətən, digər insanlara qarşı etibarı, öz davranışını nizamlı saxlamağı və müəyyən bir ardıcıllığı təmin etməyi nəzərdə tutur. Yəni sadiqlik daha çox sosial mexanizm, idarəetmə formasıdır.

Yaxşı, bəs insan həqiqətən azad şəkildə sadiq ola bilərmi, yoxsa bu, sadəcə cəmiyyətin qoyduğu gözləntilərin içimizə hopmasıdır?

Sadiqlik seçimdən daha çox məcburiyyətdir. İnsan isə təbiət etibarı ilə sadiq deyil. İnsan yüksəlmək üçün, əslində, bütün dəyərləri əzməyə meyllidir. Ciddi, düşünən insan üçün isə sadiqlik hər zaman təbii bir vəziyyət olmur.

Ümumiyyətlə, insan duyğuları, ehtiyacları, ambisiyaları dəyişən şərait qarşısında daim dəyişir. Bu dəyişkənlik içində “mütləq sadiqlik” ideyası tamamilə məntiqsiz görünür.

Məsələn, məsələyə bu yöndən baxmaq olar:

“İnsan niyə bir şeyi dəyişdirmək, yolunu dəyişmək və ya öz maraqlarına görə münasibətlərini yenidən qurmaq hüququndan məhrum olmalıdır?”

Sadiq insan olmaq, sadiq qalmaq azadlığı da məhdudlaşdırır. Sadiq insan kimi qalmaq üçün insanın müəyyən seçimlərdən imtina etməsi, öz istəklərini geri plana atması tələb olunur bəzən.

Konkret desək, sadiq insan olmaq qul psixologiyası, əxlaqıdır. Sadiq insan olmaq ən yaxşı halda cəmiyyətdə romantik görünmək, təqdir edilmək istəyidir. Yəni daha çox natamamlıqdır. İnsanlar adətən, sadiq insan olmaqdan başqa yolları olmadığı üçün sadiq olurlar.

“Ən yaxşı insan sadiq insandır” düşüncəsi, əslində, insan azadlığını formaya salan sosial konstruksiyadır.

Nitşe bu konktekstə deyir:

“İnsanın dəyərləri həqiqi deyil, başqalarının istəkləri ilə yaradılır. Sadiqlik, belə baxanda, həqiqi dəyər deyil, sosial illüziyadır”.

Xülasə, əslində, insan başqasına, işinə və ya ideologiyasına sadiq qalmaqla öz ehtiyaclarını boğur, həqiqi hisslərini gizlədir.

Bu isə təbii yox, qondarma anlayışdır.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Bütün Xəbərlər