Moda əfsanəsi Valentino Qaravani vəfat etdi

Moda əfsanəsi Valentino Qaravani vəfat etdi
19.01.2026 21:45 Mədəniyyət

İtalyan dizayner, moda dünyasının əfsanəvi simalarından biri, qırmızı rəngi və romantik dəbdəbəsi ilə tanınan Valentino Qaravani 93 yaşında vəfat edib.

TodayPress TV  xəbər verir ki, o, Romadakı iqamətgahında ailə üzvlərinin əhatəsində dünyasını dəyişib.

2008-ci ildə təqaüdə çıxan Valentino moda evinin gələcəyini etibar etdiyi kreativ direktorlar – Maria Qrazia Çiuri, Pierpaolo Piccioli və daha sonra Alessandro Mişel tərəfindən hörmətlə davam etdirilən bir irs qoyub.

Valentino Qaravani karyerası ərzində Elizabet Teylor, Jacqueline Kennedy Onassis, Sofi Loren, Culia Roberts, Küeyt Blançet, Cennifer Lopez və Şahzadə Diana kimi saysız-hesabsız məşhurlar üçün libaslar hazırlayıb. Xüsusilə Culia Robertsin 2001-ci il “Oskar” mərasimində geyindiyi “Valentino” donu moda tarixinin ən yaddaqalan qırmızı xalça anlarından biri hesab olunur.

Valentino Qaravani XX əsr modasının simasını formalaşdıran, qadın zərifliyini və qlamuru yenidən formalaşdıran nadir dizaynerlərdən biri hesab olunurdu. Onun adı təkcə bir brendlə deyil, bütöv bir estetik anlayışla sinonimə çevrilmişdi. Moda tarixində “Valentino qırmızısı” kimi tanınan çalar dizaynerin imza elementinə çevrilmişdi.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Bütün Xəbərlər