Yuxulara təsir edən qidalar açıqlandı

Yuxulara təsir edən qidalar açıqlandı
26.09.2025 18:30 Maraqlı

Axşam saatlarında qəbul edilən bəzi qidalar insanların yuxusuna mənfi təsir göstərərək qorxulu və narahatedici yuxulara səbəb ola bilər. 

TodayPress TV xəbər verir ki, üsusilə bəzi stimullaşdırıcı və ağır qidalar beynin yuxu zamanı fəaliyyətini dəyişdirir və nəticədə kabuslar daha tez-tez görünə bilər.

Qida mütəxəssisləri və neyrofizioloqların fikrincə, bu təsiri artıran başlıca məhsullardan biri şokoladdır. Onun tərkibindəki stimullaşdırıcı maddələr yuxunun dərin fazalarına mənfi təsir göstərərək intensiv və xoşagəlməz yuxulara səbəb ola bilər.

Bununla yanaşı, axşam saatlarında kartof fri, makaron, pendir və qırmızı ət kimi ağır və yağlı qidalardan da uzaq durmaq tövsiyə olunur. Bu məhsullar həzmi çətinləşdirir və bədən yuxu rejiminə keçməkdə çətinlik çəkir.

İçkilər arasında isə alkoqol və həddindən artıq kofein tərkibli içkilər yuxu keyfiyyətini ciddi şəkildə poza bilər. Bu içkilər yuxu fazalarının normal axışını pozaraq narahat və bölünmüş yuxulara səbəb olur.

Mütəxəssislər axşam menyusunda daha yüngül və rahatlaşdırıcı qidaların yer almasını tövsiyə edir. Meyvələr, tərəvəzlər və bitki çayları həm mədə-bağırsaq sistemini yormur, həm də bədəni yuxuya hazırlayaraq daha sakit və dərin yuxuya keçidi asanlaşdırır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Yağış suyu isti havalarla mübarizə apara bilər 08:12 Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilərdə qaz kəsiləcək 23:23 Bu tarixdə doğulanlar diqqət mərkəzində olmağı sevirlər 00:01 Hər gün yediyiniz qidalar arasında xolesterinə faydalı olanlar varmış! 23:32 Nüvə reaktorları 80 il işləyə bilər - Alimlərdən açıqlama 23:27 Saturnun peykində qəribə hadisə: Planet göydə sanki “asılıb” qalıb 23:10 Qədim Roma teatrı deyə turistləri apardı: Abidəni özü tikibmiş 23:05 Çinlilər səhranın ortasında meşə saldılar 22:48 Tramp: “Bütün dünya məhv olacaq” 00:38 Fedorov: “Öz ballistik raketimiz hədəfi birbaşa vurdu” 00:33 “Xəzər dənizini münaqişə zonasına çevirməyin!” - Türkiyədən kritik çağırış 00:13 Tramp Ukraynaya hücumlar barədə danışdı: “Bizi okean ayırır” 00:52 Ərdoğan Ər-Riyadda bu liderlərlə görüşəcək 00:05 “Qarabağ” istiyə görə uduzdu? - Qurbanovdan AÇIQLAMA 23:41 Hörmüzdə iki güclü partlayış: İran “düşmən hədəflərinə” zərbə endirdi 23:52 TƏCİLİ: İraq ordusu döyüşə hazır vəziyyətə gətirildi 23:48 Pezeşkian müharibə planını açıqladı: Qonşu ölkələr nə etdi? 23:37 Qalibaf ABŞ-ni hədələdi: “Kütləvi hücum gəlir” 22:43 Azərbaycanlı sürücülər günlərlə sərhəddə qaldı - Gürcüstan hərəkətə keçdi 22:53 “Qarabağ” “Dinamo”ya uduzdu 22:59 Velosiped sürən azyaşlı traktorun altında qaldı - İmişlidə dəhşətli hadisə 22:16 İran bu ölkələr üçün Hörmüzün “qapısını” bağlayır 22:12 Nazir Kiyevdə Azərbaycan səfirliyinə getdi - Görüşün DETALLARI 22:30 Zelenski və Ceyhun Bayramov nələri müzakirə etdilər? - Detallar - VİDEO - YENİLƏNDİ 20:33 ABŞ İran gəmilərini Hörmüzün “boğazında” qoydu 22:07 Bütün Xəbərlər