Yox olmaq təhlükəsində olan peşələr bəlli oldu

Yox olmaq təhlükəsində olan peşələr bəlli oldu
18.05.2026 04:00 Maraqlı

Texnologiyanın inkişafı, sənayeləşmə və dəyişən həyat vərdişləri bir zamanlar insanların imtina edə bilmədiyi bir çox peşəni tarixin tozlu səhifələrinə gömərkən, bəzilərinə isə yeni fürsətlər təqdim edib.

Cəmiyyətin ehtiyac duyduğu mal və xidmətləri istehsal edən bəzi peşələr zaman keçdikcə ya yoxa çıxıb, ya da müasir dünyanın tələblərinə uyğun olaraq formasını dəyişərək günümüzə qədər gəlib çatıb. Bu çərçivədə, at arabaçısının yerini taksiçi və sürücü, karvançının yerini loqistika firmaları, makinaçının yerini kompüter mütəxəssisi, poçtalyonun yerini kuryer şirkətləri və rəqəmsal rabitə vasitələri tutub.

Bundan əlavə, yun didən şəxslərin yerini hazır yorğan istehsalçıları, səbətçilərin yerini qablaşdırma mütəxəssisləri, dülgərlərin (xarrat) yerini isə mebel istehsalçıları alıb. Su satanların yerini su satış məntəqələrinə, odunçu və kömürçülər isə yerini qaz bayilərinə verib. Küçə carçılarını sosial media mütəxəssisləri, sirk ustalarını və hoqqabazları isə rəqəmsal məzmun yaradıcıları (bloqerlər) əvəz edib.

TodayPress TV yox olmaq üzrə olan peşələri təqdim edir:

İstanbul Sənətkarlar və Tacirlər Odaları Birliyinin (İSTESOB) sədri Mesut Şengün bildirib ki, peşələr zamanla formasını dəyişir. O, qeyd edib ki, Türkiyə Ticarət Nazirliyinin açıqladığı siyahıya görə, 123 peşə artıq "yox olmaq təhlükəsində olanlar" sinfinə daxildir. Dövlət bu peşələri qorumaq üçün vergi güzəştləri tətbiq etsə də, günün şərtləri bu sənətləri transformasiyaya məcbur edir. Məsələn, əvvəllər əllə ərizə yazan arzuhalçılar indi kompüterdə sənəd hazırlayan şəxslərə çevriliblər.

Şengün texnologiyanın usta-şagird münasibətlərini zəiflətdiyini də vurğulayıb. O bildirib ki, sənətkarlar belə artıq uşaqlarının bu sahədə deyil, "ağ yaxalı" (ofis işçisi) olmasını istəyirlər.

Dünya miqyasında sənətkar qıtlığı yaşandığını deyən Şengün qeyd edib ki, ölkələrin hələ də elektrik ustalarına, santexniklərə və ya mebel ustalarına ehtiyacı var. Lakin gənclər bu sahələrə yönəlmədiyi üçün böyük bir boşluq yaranıb. Bu problem Avropada da var və hətta bir çox ölkələr sənət sahibi olan şəxslərə iş şəraiti qurmaq üçün oturum icazəsi belə verirlər.

Ən çox itki verən sektorlar

Məlumata görə, yorğan tikənlər, ayaqqabı ustaları, tərlikçilər və hamamçılar bu dəyişiklikdən ən çox mənfi təsir görən və üzvlərinin sayı ən çox azalan sahələrdir. Digər tərəfdən, gözəllik sektoru, nəqliyyat və qida sahələri texnoloji inkişafdan ən çox qazanan tərəf olub. Xüsusilə çatdırılma xidmətlərinin artması ilə kuryerlərin sayı kəskin çoxalıb.

Sonda Şengün əl işinin əhəmiyyətini vurğulayaraq bildirib ki, fabrik istehsalı olan bir mebel ucuz və cəlbedici görünə bilər, lakin ustanın əl işi həm daha zövqlüdür, həm də daha uzunömürlüdür. Eyni şey dərzilik üçün də keçərlidir; fabrik istehsalı geyimlər əlçatan olsa da, dərzi tərəfindən xüsusi tikilən bir kostyumu illərlə keyfiyyətini itirmədən geyinmək mümkündür.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Bütün Xəbərlər