Hansı ad sahiblərinə iş tapmaq daha asandır? - Alimlər açıqladı

Hansı ad sahiblərinə iş tapmaq daha asandır? - Alimlər açıqladı
01.09.2025 19:45 Maraqlı

Kanada və ABŞ-dən olan tədqiqatçılar adların səslənməsinin işə qəbul prosesində işəgötürənlərin qərarına təsir edə biləcəyini müəyyən ediblər.  

TodayPress TV xəbər verir ki, araşdırma “Acta Psychologica” jurnalında dərc olunub. 

Mütəxəssislərin sözlərinə görə, bu, “səs simvolizmi” adlanır. Müəyyən səslər insanlarda konkret xüsusiyyətlərlə assosasiya olunur. Məsələn, “yumşaq”  səslərə malik adlar daha isti və mülayim xarakterlə bağlanır. Əksinə, “sərt” səslənən adlar enerjili və ünsiyətcil kimi qəbul edilir. 

Araşdırmada iştirakçılara müxtəlif vakansiyalar təqdim olunub. Daha sonra onlardan iki namizəddən birini seçmək istənilib: biri “yumşaq” səslənən, digəri isə “sərt” səslənən ada sahib olub. 

Məlum olub ki, mehribanlıq tələb edən peşələrdə “yumşaq” adlara üstünlük verilib, güc və liderlik tələb edən sahələrdə isə “sərt” adlar seçilib. 

Bununla belə, alimlər bildiriblər ki, adların səslənməsi ilə insanın real xarakteri arasında heç bir elmi əlaqə yoxdur. Bu effekt yalnız namizəd haqqında məlumat az olduqda işləyir. Foto və ya müsahibə təqdim edildikdə adın təsiri aradan qalxır.

Mütəxəssislər hesab edirlər ki, bu cür assosiasiyalar əmək bazarında gizli diskriminasiya amillərindən biri ola bilər.

Aysel Mətləb

XƏBƏR LENTİ
04 AVQUST 2026
Əfsanə iki ulduzun fərqli oyun üslubundan danışdı 10:19 Azərbaycanda polkovnik qəfil vəfat etdi - FOTO 10:01 Braun LeBronla bağlı həyəcanını gizlətmədi 10:03 Diskvalifikasiyadan sonra Mudriki yeni klub gözləyir 09:48 Ağdamda baş vermiş yanğınlarla bağlı şübhəli bilinən şəxs saxlanıldı - VİDEO 09:40 Kriştianu Ronaldonun toyu dünya ulduzlarını bir araya gətirəcək 09:29 Moskvaya dəhşətli hücum - Ölü və yaralılar var - VİDEO 09:26 Əfsanədən yeni qərar: Bundesliqadan ayrılmadı! 09:16 Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi 09:13 “Arsenal”ın ulduzu gözünü bütün kuboklara dikdi! 09:00 ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana ilk rəsmi səfərinə başladı 08:41 “Barselona” azarkeşlərini düşündürən Ferran Torres açıqlaması 08:48 Moskvaya dron hücumu: Ölənlər var - VİDEO 08:28 Krasnıy Borda nəhəng anbar vuruldu - VİDEO 08:18 Qırmızı və sarı pomidorun fərqi nədir? 00:56 Köpəkbalıqlarının qanında kokain tapıldı 00:24 Okeanın dibində “ölüm zonaları” tapıldı 00:17 Səudiyyə Ərəbistanı səhranı yaşıllaşdırır: 159 milyon ağac 23:47 Fransada çaylar bir-bir quruyur 23:35 Alimlərdən xəbərdarlıq: 2030-a qədər hər şey dəyişə bilər 22:34 Qanada plastik tullantılardan bunu düzəltdilər - Görənlər təəccübləndi 22:21 Ceki Çan Azərbaycandadır 00:50 İrandan ABŞ-yə: “Keçməyə imkan verməyəcəyik, vuracağıq!” 01:25 DSX-nin təqaüddə olan polkovniki vəfat etdi - FOTO 01:13 Ukraynanın ABŞ-dəki yeni səfiri o ola bilər 00:42 Bütün Xəbərlər