Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın rəhbərliyi formalaşdırıldı

Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın rəhbərliyi formalaşdırıldı
16.12.2025 16:07 Kənd Təsərrüfatı

Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın yeni seçilmiş 9 nəfərdən ibarət tərkibinin ilk iclası keçirilib.

TodayPress TV nazirliyə istinadən xəbər verir ki, iclasda təşkilati məsələlərə baxılıb və səsvermə yolu ilə "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Mürvət Həsənli İctimai Şuranın sədri, "Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası"nın üzvü Emin Əliyev sədr müavini, Azərbaycan Dövlət Aqrar Universitetinin Zoomühəndislik fakultəsinin dekan müavini, "Azərbaycan Maarifçilər Assosiasiyası"nın üzvü Günel Əmiri katib seçilib.

Daha sonra Şuranın üzvlərinin nazirliyin rəhbərliyi ilə görüşü olub. Nazir Məcnun Məmmədov Şuranın üzvlərini təbrik edib, onlara ictimai iştirakçılıq fəaliyyəti sahəsində uğurlar arzulayıb. Ölkəmizdə kənd təsərrüfatının inkişafının prioritet istiqamətlərdən biri elan edildiyini xatırladan nazir İctimai Şura üzvlərini aqrar sahənin dinamik inkişafı istiqamətində görülən işlərdə, keçirilən tədbirlərdə fəal iştirak etməyə, həyata keçirilən təşəbbüslərə ictimai dəstək verməyə çağırıb.

O, qeyd edib ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar məhsulların istehsalının və ixracının artırılması, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətinin bərpa edilməsi, aqrar sahədə yeni texnologiya və innovasiyaların tətbiqi, kənd təsərrüfatında süni intellektin tətbiqinə dair layihələrin dəstəklənməsi, fermerlərin rifah halının yaxşılaşdırılması Nazirliyin qarşısında duran əsas vəzifələrdir və bu istiqamətlərdə davamlı işlər görülür.

Nazirin sözlərinə görə, vətəndaş cəmiyyəti nümayəndələrinin bu istiqamətlər üzrə ictimai iştirakçılıq fəaliyyətini gücləndirməsi, maarifləndirmə işində fəal iştirak etməsi vacib amillərdən biridir. M.Məmmədov Şura üzvlərinin aqrar sektorun müxtəlif istiqamətlərini təmsil edən ictimai qurumların nümayəndələri olduğunu xatırladıb və bu amilin nazirliklə vətəndaş cəmiyyəti təmsilçiləri arasında səmərəli əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini bildirib.

M.Həsənli müxtəlif Dövlət Proqramlarında nəzərdə tutulan tədbirlərin icrasında ictimai iştirakçılığın təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələrdən bəhs edib, Şuranın bu vəzifələrin icrası ilə bağlı Fəaliyyət Planı hazırlayacağını deyib. Görüşdə Şuranın fəaliyyətinin səmərəli təşkil edilməsi, ictimai iştirakçılıq tələb edən məsələlərdə məsləhətləşmələrin keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb, təkliflərin dəyərləndirilməsi üçün müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 Bütün Xəbərlər