Kompleks hücum: Ukraynanın ən böyük anbarları və logistika mərkəzləri dağıdıldı - VİDEO
Rusiya Silahlı Qüvvələrinin raket zərbələri nəticəsində Ukraynanın ən böyük onlayn ticarət platforması Rozetkanın Brovarıdakı əsas anbarı içindəki bütün mallarla birlikdə tamamilə məhv olub.
TodayPress TV xəbər verir ki, hücum zamanı Ukraynanın ən böyük kuryer şirkəti Nova Poştanın Obolon rayonundakı şöbəsi, Novus supermarketlər şəbəkəsinin Borşaqovkadakı anbarları, eləcə də tikinti materialları və ev məhsulları satışı üzrə ölkənin aparıcı şəbəkələrindən olan Epicentrin iki böyük logistika mərkəzi də dağıdılıb.
Bundan başqa, Epicentr Ceramic Corporation zavodunun istehsal sobaları məhv edilib və müəssisənin fəaliyyəti dayanıb. Zərbələr Polşanın logistika şirkəti Raben Group və Ukraynanın ən böyük pərakəndə ticarət qruplarından biri olan Fozzy Groupun obyektlərinə də dəyib.