Zəngəzur dəhlizi istiqamətində tarixi addım

Zəngəzur dəhlizi istiqamətində tarixi addım
22.08.2025 13:23 İqtisadiyyat

Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin regional və qlobal strateji əhəmiyyəti daha da artacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" kanalı yazı yayımlayıb.  

Bildirilib ki, bu dəhliz Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında fasiləsiz nəqliyyat bağlantısı yaradacaq. Marşrut üzrə yükdaşıma müddətləri və xərclər azalacaq, ticarət dövriyyəsi və investisiyalar isə artacaq.

Bu məqsədlə mühüm bir infrastruktur layihəsi – Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təməli atılıb.

Hər il 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyətinə malik olacaq bu xətt təkcə logistik potensial baxımından deyil, eyni zamanda tikinti keyfiyyəti, tunel və viyadük dizaynı ilə də yüksək mühəndislik nümunəsi kimi qiymətləndirilir.

Layihə çərçivəsində 5 tunel, 19 açılıb-qapanan tunel, 3 viyadük, 10 körpü, 144 alt keçid, 27 üst keçid və 480 suötürücü kanal inşa ediləcək.

Dəmir yolu xəttinin 2029-cu ilin sonunadək tamamlanması planlaşdırılır.

Töhfə Səməd

XƏBƏR LENTİ
07 AVQUST 2026
Portuqaliyalılar kənarlaşdırıldı, “Sabah”ın oyununa fransızlar təyin edildi 10:19 Futbol–tennis mübahisəsi böyüyür: Skoulza çağırış 10:05 Vardanyanın Epşteynlə əlaqəsi: Milyardlıq layihələr... 10:12 Florentino səhv etdi, “Barselona” fürsətdən yararlandı 09:50 Rusiyadan Ermənistana yeni yük: Qatar Azərbaycan üzərindən yola düşəcək 09:45 Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi 09:29 Yəməndə 2022-ci ildən bəri ən ciddi qarşıdurma: Husilər hücuma keçdi 09:36 Şotlandiyanı fəth edən Eva Olid indi “Yunayted”dədir 09:35 Azərbaycan nefti bahalaşdı: "Azeri Light"ın qiyməti 93 dolları keçdi 09:39 Martin O'Nillə bağlı üzücü xəbər açıqlandı 09:20 "Azəristiliktəchizat"dan əhaliyə xəbərdarlıq: Mənzillərdə bu işləri təcili tamamlayın 09:24 Rodrinin qərarı transfer bazarını silkələdi 09:14 Bakının bəzi ərazilərində işıq olmayacaq 09:10 Sobolenko fenomenal forması ilə hamını heyrətləndirir! 09:04 "Porsche"dən inanılmaz sınaq: Nəhəng təyyarənin altından keçdi - VİDEO 08:42 “Bordo” müqavilə yenilədiyi məşqçini cəmi bir ay sonra qovdu! 09:01 Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq 08:34 Səs-küylü Harden işində gözlənilməz qərar verildi 09:17 Ukraynadan 2 min kilometrlik zərbə - Anbaan video 08:29 Qara dənizdə yükdaşımalar dayanır: Dünya ərzaq böhranı təhlükəsi artır 08:19 Yağış suyu isti havalarla mübarizə apara bilər 08:12 Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilərdə qaz kəsiləcək 23:23 Bu tarixdə doğulanlar diqqət mərkəzində olmağı sevirlər 00:01 Hər gün yediyiniz qidalar arasında xolesterinə faydalı olanlar varmış! 23:32 Nüvə reaktorları 80 il işləyə bilər - Alimlərdən açıqlama 23:27 Bütün Xəbərlər