Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi?

Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi?
04.08.2026 15:16

Qədim İrəvan şəhərində və ümumilikdə Qərbi Azərbaycan ərazisində tarixən çoxsaylı məscidlər, kilsələr və digər dini-mədəni irs nümunələri mövcud olub. Lakin müxtəlif dövrlərdə baş verən müharibələr, işğallar və siyasi proseslər nəticəsində bu abidələrin əksəriyyəti dağıdılıb, təyinatı dəyişdirilib və ya tamamilə məhv edilib. Tarixi mənbələrdə adı keçən belə abidələrdən biri də İrəvan şəhərində yerləşən Rəcəb Paşa məscididir.

TodayPress TV xəbər verir ki, bu barədə siyasi ekspert, ilahiyyatçı Tural İrfan danışıb.


O bildirib ki, Rəcəb Paşa məscidi XVIII əsrdə Osmanlı hakimiyyəti dövründə inşa edilmiş və uzun müddət İrəvanın mühüm dini-memarlıq abidələrindən biri olub.

"1724-cü ildə İrəvan yenidən Osmanlı dövlətinin nəzarətinə keçdikdən sonra türk sərkərdəsi Rəcəb Paşa şəhərin inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirib. Həmin tədbirlər çərçivəsində yeni bir məscidin tikintisinə göstəriş verilib. Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın elmi araşdırmalarına əsasən, 1725-ci ildə İrəvan qalasının daxilində inşa edilən bu məscid sonradan onu tikdirən şəxsin adı ilə – Rəcəb Paşa məscidi adlandırılıb".

Onun sözlərinə görə, məscid dövrünün memarlıq xüsusiyyətlərini özündə əks etdirirdi.

"Rəcəb Paşa məscidi düzgün paralelepiped formasında tikilmiş, sferik günbəzlə örtülmüşdü. Tikili Şərq memarlıq üslubuna uyğun həndəsi ornamentlərlə bəzədilmişdi və İrəvan qalasının ən diqqətçəkən dini abidələrindən hesab olunurdu. 1827-ci ildə İrəvan qalasının Rusiya imperiyasının qoşunları tərəfindən işğalından sonra məscidin taleyi dəyişdirilib. 1827-ci il oktyabrın 1-də İrəvan qalası rus qoşunları tərəfindən işğal olunduqdan cəmi bir gün sonra məscidin günbəzindəki ay-ulduz götürülərək onun yerinə xaç və kilsə zəngi asılıb. Bununla da Rəcəb Paşa məscidi rus pravoslav kilsəsinə çevrilib. Sonrakı dövrdə binanın xarici görünüşü də dəyişdirilib, fasadına silindrik sütunlar əlavə olunub, dam örtüyü yenilənib və tikili xristian məbədi formasına salınıb".

Ekspert vurğulayıb ki, həmin tikilinin tarixi görünüşü dövrün təsviri sənət nümunələrində də əksini tapıb.

"Rəssam Frans Rubonun İrəvan qalasının işğalını əks etdirən məşhur əsərində ön planda Rəcəb Paşa məscidi və onun minarəsi, arxa planda isə Xan sarayının yaxınlığında yerləşən Sərdar məscidi təsvir olunub. Bu əsər həmin dövrdə İrəvanın memarlıq simasını öyrənmək baxımından mühüm mənbələrdən biridir".

Tural İrfan əlavə edib ki, sonrakı illərdə bu tikili də tamamilə aradan qaldırılıb.

"1930-cu illərdə Sovet hakimiyyəti dövründə həyata keçirilən 'Allahsızlar' kampaniyası zamanı artıq pravoslav kilsəsinə çevrilmiş bina da sökülərək yer üzündən silinib. XX əsrin əvvəllərində İrəvandakı digər Azərbaycan məscidləri də müxtəlif məqsədlərlə istifadə olunub. 1918–1920-ci illərdə erməni daşnak hökuməti dövründə, daha sonra isə Sovet Ermənistanının ilk illərində Sərdar, Təpəbaşı, Sərtib xan və Hacı Novruzəli bəy məscidlərində Türkiyədən gələn erməni qaçqınları məskunlaşdırılmışdı".

İlahiyyatçı vurğulayıb ki, 1924-cü ildən etibarən İrəvanın yeni baş planının icrasına başlanıldıqdan sonra Azərbaycan xalqına məxsus tarixi-memarlıq irsinin sistemli şəkildə sıradan çıxarılması prosesi sürətlənib.

"1924-cü ildə İrəvan şəhərinin baş planı təsdiq edildikdən sonra ilk növbədə şəhərin mərkəzində yerləşən azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin, o cümlədən məscidlərin sökülməsinə başlanıldı. Onların yerində yaşayış məhəllələri, meydanlar və parklar salındı".

O, rəsmi mənbələrə istinadən qeyd edib ki, vaxtilə İrəvanda çoxsaylı məscid fəaliyyət göstərsə də, onların böyük hissəsi günümüzə qədər gəlib çatmayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi? — 1
XƏBƏR LENTİ
20 AVQUST 2026
Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 ABŞ ordusu zərbə dronları batalyonunu ləğv edir 08:59 Yaponiyada sürət qatarı 4 nəfəri vurdu 08:47 Keniyada turist helikopteri qəzaya uğradı: 7 ABŞ vətəndaşı öldü 08:38 U-20 güləşçilərimiz dünya çempionatında 5 medalla fərqləndi! 08:41 Yeni il gecəsi Ay qırmızı rəngə boyanacaq - 370 il sonra ilk! 01:51 Bütün Xəbərlər