Qadının dizində qızıl aşkarlandı

Qadının dizində qızıl aşkarlandı
09.09.2025 19:00

Cənubi Koreyada həkimlər artrozdan əziyyət çəkən 65 yaşlı qadının dizində yüzlərlə qızıl hissəciyi aşkar ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Live Science" nəşri məlumat yayıb.

Xəstə illərdir ki, artrit ağrılarını yüngülləşdirmək məqsədilə akupunktur prosedurlarına müraciət edib. Aparılan rentgen müayinəsi nəticəsində diz oynağı ətrafında çoxlu sayda kiçik qızıl fraqmentləri qeydə alınıb.

Bu prosedurlar zamanı bəzən bədənə qızıl saplar yeridilir ki, onların orqanizmə müsbət təsir göstərdiyi iddia olunur.

Mütəxəssislər qeyd edirlər ki, bu hissəciklər toxumalar arasında miqrasiya edə, zədələnmələrə və infeksiyalara səbəb ola bilər.

Həkimlər xəbərdarlıq edirlər ki, bu cür müalicə üsulları Asiyada geniş yayılmış olsa da, onların effektivliyini təsdiqləyən elmi sübutlar yoxdur. Əksinə, belə alternativ prosedurlar klinik olaraq təsdiqlənmiş terapiyanın gecikməsinə və xəstəliyin ağırlaşmasına səbəb ola bilər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Bütün Xəbərlər