Alimlər proqnoz verdi: "Qan yağışı" yağacaq

Alimlər proqnoz verdi: "Qan yağışı" yağacaq
17.07.2026 08:32 Maraqlı

Sahara səhrasından qalxan toz son on ildə Böyük Britaniyada hava çirkliliyini 50 faiz artırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Paul Scherrer" İnstitutunun alimlərinin "Nature" jurnalında dərc olunan araşdırmasında bildirilir.

Tədqiqat çərçivəsində alimlər süni intellektdən istifadə edərək 2012-2021-ci illərdə Avropanın 103 şəhər və kənd ərazisində toplanmış 18 500-dən çox gündəlik hava mineral tozu ölçməsini təhlil ediblər. Nəticələr göstərib ki, Sahara tozunun konsentrasiyası qitənin böyük hissəsində artıb, Böyük Britaniyada isə bu göstərici ən azı 50 faiz yüksəlib.

Araşdırma müəlliflərinin sözlərinə görə, bunun əsas səbəbi toz fırtınalarının sayının artması deyil, onların daha güclü olmasıdır. Şimali Afrikada quraqlığın güclənməsi nəticəsində küləklər Avropaya əvvəlkindən daha çox qum və mineral hissəcikləri daşıyır.

Alimlər qeyd edirlər ki, Sahara tozu minlərlə kilometr məsafə qət edərək Britaniya adalarına qədər çatır. Bu, narıncı gün batımı, tutqun səma və "qan yağışı" adlandırılan hadisəyə səbəb olur. Belə yağış zamanı su, toz hissəcikləri səbəbindən pas rənginə çalır və avtomobillərdə, pəncərələrdə, digər səthlərdə narıncı izlər buraxır.

Tədqiqatda vurğulanır ki, Sahara tozunun təsiri təkcə qeyri-adi hava hadisələri ilə məhdudlaşmır. Xırda hissəciklər tənəffüs yollarına daxil olaraq öskürək, göz, burun və boğaz qıcıqlanması, nəfəs darlığı və astma tutmalarının şiddətlənməsi kimi sağlamlıq problemlərinə səbəb ola bilər.

Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi və Şimali Afrikada səhralaşmanın güclənməsi fonunda Sahara tozundan qaynaqlanan hava çirkliliyi gələcəkdə Avropa üçün daha ciddi problemə çevrilə və sağlamlıq risklərini artıra bilər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Yaxın Şərqdə müharibə nəzarətdən çıxır: Suriyadakı xüsusi əməliyyat mərkəzi vuruldu 09:57 Oğuzxan Uğur saxlanıldı 09:49 ABŞ Ermənistana nümayəndə heyəti göndərir 09:43 DÇ-2026-nın İspaniya – Argentina finalı təxirə salına bilər: SƏBƏB 09:34 Neft birjalarında bahalaşma davam edir 09:29 ABŞ üçün təhlükə siqnalı: Güclü istilər, daşqın və tüstü 09:01 Rusiyaya qarşı yeni sanksiyalar: ABŞ Senatı paketi dəstəklədi 08:54 Alimlər proqnoz verdi: "Qan yağışı" yağacaq 08:32 ABŞ İranın beş körpüsünü vurdu - Ölən və yaralananlar var 08:27 Macarıstan prezidenti qanunu imzalamasa, impiçment başlayacaq 08:20 Əhaliyə XƏBƏRDARLIQ: Bəzi ərazilər qazsız qalacaq 23:19 Yatmazdan əvvəl bir ovuc püstə yeməyin FAYDALARI 01:49 Alimlər ən faydalı isti içkini açıqladı - Hər gün içənlər daha uzun yaşayır 01:41 Yunan yoqurtu, yoxsa adi? Mütəxəssislər ən faydalısını açıqladı 01:25 Biləsuvarın bu küçələrində qaz olmayacaq - XƏBƏRDARLIQ 23:25 Bu tarixlərdə doğulanlar maliyyədə daha şanslıdır 23:06 Çəkiniz eyni qalacaq, amma bədəniniz dəyişəcək - Sirri AÇIQLANDI 01:17 UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi - YENİLƏNDİ 00:05 ABŞ zərbəsindən sonra Kehuristan körpüsü bu hala düşdü - FOTO 01:34 İranda körpüyə endirilən zərbə nəticəsində ölənlər var 01:30 TƏCİLİ: Bəndər-Abbasda körpü və dəmir yolu hədəfə alındı - VİDEO 01:11 İran bu görüntülərlə Trampa qarşı sui-qəsd çağırışı etdi - VİDEO 00:53 İranın daha bir şəhərində partlayış səsi eşidildi 00:45 Trampın başına 10 milyon dollar qoyuldu 00:40 İranda körpü vuruldu - VİDEO 00:32 Bütün Xəbərlər