Uzun müddət ac qalmaq kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ

Uzun müddət ac qalmaq kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
17.08.2026 05:00

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtina etmək intoksikasiya təhlükəsi yaradır.

TodayPress TV xəbər verir ki, bu barədə "Gazeta.ru"ya həkim-endokrinoloq Nataliya Tananakina danışıb.

Mütəxəssisin sözlərinə görə, hipertireoz zamanı qalxanabənzər vəzi həddindən artıq hormon ifraz edir ki, bu da maddələr mübadiləsinin sürətlənməsinə səbəb olur. Nəticədə orqanizm enerjini daha tez xərcləyir və bədənin "yanacaq" ehtiyatları sürətlə tükənir.

"Digər bir səbəb isə böyrəküstü vəzilərin kifayət qədər hormon, xüsusən də kortizol istehsal etmədiyi Addison xəstəliyi ola bilər. Bu fonda qida çatışmazlığı zamanı daha da şiddətlənən kəskin zəiflik və ürəkbulanma hissi yarana bilər", - deyə həkim qeyd edib.

Aclıq zamanı yaranan narahatedici simptomlar həmçinin qanda qlükoza səviyyəsinin aşağı düşməsi - hipoqlikemiya ilə də əlaqədar ola bilər. Bu, bir xəstəlik deyil, tamamilə sağlam insanlarda belə rast gəlinə bilən bir vəziyyətdir. Beyin qlükoza çatışmazlığına qarşı xüsusilə həssas olduğundan, onun azlığı diqqətsizlik, əsəbilik və halsızlıqla müşayiət edilə bilər.

Birinci tip şəkərli diabetdən əziyyət çəkən şəxslər isə xüsusi risk qrupuna daxildirlər. Belə xəstələr üçün uzunmüddətli aclıq sadəcə halın pisləşməsi ilə deyil, eyni zamanda daha ciddi fəsadlarla təhlükəlidir: qlükoza azlığı fonunda orqanizm yağları aktiv şəkildə parçalamağa başlayır ki, bu da çoxlu sayda keton cisimlərinin yaranmasına və diabetik ketoasidozun inkişafına gətirib çıxarır. Bu, qanda keton cisimləri adlanan zəhərli maddələrin toplanması ilə nəticələnən kəskin və potensial olaraq həyati təhlükə daşıyan bir haldır.

Endokrinoloqun fikrincə, polikistik yumurtalıqlar sindromu (PYS) olan qadınlar da aclığa çətinliklə dözə bilirlər. Bu zaman adətən toxumaların insulinə həssaslığı pozulur, qlükoza mübadiləsi dəyişir və nəticədə qida qəbulları arasındakı uzun fasilələr insanın ümumi səhhətinə mənfi təsir göstərir.

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Avropanın mikroölkəsində qadınlar da taxta çıxa biləcək 23:45 Uzun müddət ac qalmaq kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ 23:40 HƏMAS silahı yerə qoysa, İsrail Qəzzadan geri çəkiləcək - Sülh Şurası 23:37 Türkiyədə meşə yanğınlarının "hesabı" açılır: 11 nəfər həbs edildi 23:33 Səkkiz ölkədən İsrailə REAKSİYA 22:02 Berlində texnoparadda 50 nəfər xəstəxanalıq oldu! 23:13 İran ABŞ bazalarının sirrini "Strava"dan öyrənib? 22:41 Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəldi 23:24 DSX: Abbasəli Novruzovun uzun və şərəfli xidmət yolu ehtiramla xatırlanacaq 23:20 "Zirə" Premyer Liqaya qələbə ilə başladı! - VİDEO 23:14 İran raketlerlə hücuma keçdi - İDDİA 23:06 Türkiyə NATO ilə Rumıniyada ilkə imza atdı 22:12 Kiyevdə Fedorova dəstək yürüşü keçirilir - VİDEO 22:19 Yəmən ordusundan Husilərə GÜCLÜ ZƏRBƏ: 181 hərbi əməliyyat! 21:54 "Neftçi" mövsümə parlaq qələbə ilə başladı! 21:17 Misir Prezidenti Trampın elçisi ilə Qəzzadakı vəziyyəti müzakirə etdi 21:11 Ronaldu futbola vida etməyə hazırlaşır: "Son ilim ola bilər" 20:55 Bədii gimnastika üzrə Dünya çempionatının növbəti ünvanı Bakı olacaq! 20:19 Cared Kuşner İsrailə gedəcək? - RƏSMİ 20:03 Fransada yanğınlar gücləndi, 2 min hərbçi səfərbər edildi 19:47 "Sabah" və "Qarabağ"ın oyunları təxirə salındı 19:24 Tehranla Vaşinqton arasında gizli əlaqə üzə çıxdı - DETALLAR 19:00 Almaniyada miqrantların deportasiyası gözlənilənin əksinə AZALDI 18:39 "Neftçi SOCAR" Dünya Qadın Seriyasının "Sea Breeze" mərhələsində mübarizəni başa vurdu 18:14 İran ABŞ-ni Fars körfəzindən birdəfəlik çıxarır? - Rəsmi AÇIQLADI 17:59 Bütün Xəbərlər