IDEA Tovuz və Goranboyda kütləvi ağacəkmə aksiyası təşkil etdi

IDEA Tovuz və Goranboyda kütləvi ağacəkmə aksiyası təşkil etdi
17.03.2026 15:30

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl marafon" kütləvi ağacəkmə kampaniyasının yaz mövsümü çərçivəsində növbəti ağacəkmə aksiyaları Tovuz və Goranboy rayonlarında təşkil edilib.

TodayPress TV xəbər verir ki, IDEA İctimai Birliyinin könüllülərinin iştirakı ilə ümumilikdə 2000-dən artıq ağac əkilib.

Əkilən ağaclar arasında Arizona sərvi, cökə, palıd, göyrüş, Eldar şamı və həmişəyaşıl sərv kimi növlər yer alıb.

Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu"nun ("Yaşıl marafon") əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

"Yaşıl marafon" çərçivəsində ötən ilin payız və 2026-cı ilin yaz əkin mövsümlərini əhatə edən ağacəkmə aksiyaları zamanı ölkə üzrə ümumilikdə 2 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.

TodayPress TV

FOTOLAR

IDEA Tovuz və Goranboyda kütləvi ağacəkmə aksiyası təşkil etdi — 1
IDEA Tovuz və Goranboyda kütləvi ağacəkmə aksiyası təşkil etdi — 2
IDEA Tovuz və Goranboyda kütləvi ağacəkmə aksiyası təşkil etdi — 3
IDEA Tovuz və Goranboyda kütləvi ağacəkmə aksiyası təşkil etdi — 4
IDEA Tovuz və Goranboyda kütləvi ağacəkmə aksiyası təşkil etdi — 5
IDEA Tovuz və Goranboyda kütləvi ağacəkmə aksiyası təşkil etdi — 6
IDEA Tovuz və Goranboyda kütləvi ağacəkmə aksiyası təşkil etdi — 7
XƏBƏR LENTİ
20 AVQUST 2026
Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 Bütün Xəbərlər