Süni intellekt terapiyanı əvəz edə bilməz

Süni intellekt terapiyanı əvəz edə bilməz
15.08.2025 19:30 İKT

Mütəxəssislər bildirirlər ki, süni intellekt (AI) əsaslı söhbət platformaları bəzi insanlara rahatlıq versə də, onları psixoloji cəhətdən sağaltmaq və dəyişmək gücünə malik deyil. 

TodayPress TV xəbər verir ki, AI empatiya və insani anlayışdan məhrum olduğu üçün psixoterapiya prosesini əvəz edə bilməz.

Terapevtlər insanın emosional vəziyyətini onun səs tonu, bədən dili və digər incə qeyri-verbal siqnallar əsasında qiymətləndirə bilir. Süni intellekt isə bu siqnalları dəyərləndirmək qabiliyyətinə malik deyil.

Bundan əlavə, AI ilə aparılan söhbətlər adətən istifadəçinin öz fikirlərinə uyğunlaşdırılır və bu, insanın yalnız eşitmək istədiyi fikirlərlə qarşılaşmasına səbəb olur. Halbuki terapiyada fərd bəzən reallıqla üzləşməli və özünü daha dərindən dərk etməlidir.

Mütəxəssislər həmçinin məlumatların məxfiliyinə diqqət çəkirlər. Süni intellekt platformalarında şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı risklər mövcuddur. Psixi sağlamlıqla bağlı həssas informasiyanın sızması ciddi nəticələrə yol aça bilər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
07 AVQUST 2026
Sobolenko fenomenal forması ilə hamını heyrətləndirir! 09:04 "Porsche"dən inanılmaz sınaq: Nəhəng təyyarənin altından keçdi - VİDEO 08:42 “Bordo” müqavilə yenilədiyi məşqçini cəmi bir ay sonra qovdu! 09:01 Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq 08:34 Ukraynadan 2 min kilometrlik zərbə - Anbaan video 08:29 Qara dənizdə yükdaşımalar dayanır: Dünya ərzaq böhranı təhlükəsi artır 08:19 Yağış suyu isti havalarla mübarizə apara bilər 08:12 Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilərdə qaz kəsiləcək 23:23 Bu tarixdə doğulanlar diqqət mərkəzində olmağı sevirlər 00:01 Hər gün yediyiniz qidalar arasında xolesterinə faydalı olanlar varmış! 23:32 Nüvə reaktorları 80 il işləyə bilər - Alimlərdən açıqlama 23:27 Saturnun peykində qəribə hadisə: Planet göydə sanki “asılıb” qalıb 23:10 Qədim Roma teatrı deyə turistləri apardı: Abidəni özü tikibmiş 23:05 Çinlilər səhranın ortasında meşə saldılar 22:48 Tramp: “Bütün dünya məhv olacaq” 00:38 Fedorov: “Öz ballistik raketimiz hədəfi birbaşa vurdu” 00:33 “Xəzər dənizini münaqişə zonasına çevirməyin!” - Türkiyədən kritik çağırış 00:13 Tramp Ukraynaya hücumlar barədə danışdı: “Bizi okean ayırır” 00:52 Ərdoğan Ər-Riyadda bu liderlərlə görüşəcək 00:05 “Qarabağ” istiyə görə uduzdu? - Qurbanovdan AÇIQLAMA 23:41 Hörmüzdə iki güclü partlayış: İran “düşmən hədəflərinə” zərbə endirdi 23:52 TƏCİLİ: İraq ordusu döyüşə hazır vəziyyətə gətirildi 23:48 Pezeşkian müharibə planını açıqladı: Qonşu ölkələr nə etdi? 23:37 Qalibaf ABŞ-ni hədələdi: “Kütləvi hücum gəlir” 22:43 Azərbaycanlı sürücülər günlərlə sərhəddə qaldı - Gürcüstan hərəkətə keçdi 22:53 Bütün Xəbərlər