Gilavar Foto Klubunun mobil tətbiqi istifadəyə verildi

Gilavar Foto Klubunun mobil tətbiqi istifadəyə verildi
07.06.2025 16:13 İKT

“Gilavar Foto Klubu” ictimai birliyinin “Gilavar” mobil tətbiqi istifadəyə verilib.

TodayPress TV xəbər verir ki, mobil tətbiqin məqsədi Azərbaycan foto sahəsinə aid olan bütün məlumat və materialları bir mənbədə toplayaraq oxuculara və fotosevərlərə çatdırmaqdır.

Birliyin gilavar.az veb-saytına daxil olmadan mobil tətbiq üzərindən xəbərləri daha tez və rahat şəkildə əldə etmək mümkündür. Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu” ictimai birliyinin fəaliyyəti, həyata keçirilən layihələr, tədbirlər, fotomüsabiqə və sərgilər, fotoxəbərlər, yeniliklər, o cümlədən, ölkədə və xaricdə Azərbaycan foto sənəti ilə bağlı keçirilən tədbirlər haqqında tətbiq vasitəsilə tanış olmaq mümkün olacaq.

Mobil tətbiq hazırda Android platforması üzərindən fəaliyyət göstərir və bu əməliyyat sistemlərindən yükləmək mümkündür.

Yaxın vaxtlarda IOS versiyasının da istifadəyə verilməsi nəzərdə tutulur. “Gilavar” mobil tətbiqini aşağıdakı linkdən yükləmək mümkündür: https://play.google.com/store/apps/details?id=az.gilavar.app

Qeyd edək ki, ölkənin aparıcı foto təşkilatı olan “Gilavar Foto Klubu” ictimai birliyi Azərbaycanda fotoqrafiyanın inkişafı ilə bağlı bir sıra layihələlər, həmçinin sosial istiqamətlər üzrə layihələr həyata keçirir.

Birlik tərəfindən ölkənin tarixi, təbiəti, mədəni, idman və digər sahələrinə aid fotoların çəkilməsi və toplanması işlərini icra edilir.

Bundan əlavə, müxtəlif təlimlər, yerli və beynəlxalq səviyyəli fotomüsabiqələr, fotosərgilər təşkil edilir.

XƏBƏR LENTİ
16 IYUN 2026
Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Bütün Xəbərlər