"Apple" keçmiş əməkdaşını Oppo-ya gizli məlumat ötürməkdə ittiham edir

"Apple" keçmiş əməkdaşını Oppo-ya gizli məlumat ötürməkdə ittiham edir
23.08.2025 19:30 İKT

“Apple” şirkəti sabiq əməkdaşı Çen Şiyə qarşı məhkəmə iddiası qaldırıb. O, işdən ayrıldıqdan sonra Çinin “Oppo” şirkətində fəaliyyətə başlayıb.

TodayPress TV xəbər verir ki, “The Verge”in məlumatına görə, iddiada Şinin “Apple Watch” ağıllı saatlarının hazırlanması ilə bağlı məxfi sənədlərə çıxışı olduğu bildirilir. 

Şirkət iddia edir ki, o, işdən çıxmazdan əvvəl qorunan korporativ qovluqdan 63 sənədi şəxsi USB yaddaşa köçürüb. Hətta “Oppo”ya göndərdiyi mesajda yeni vəzifəsində istifadə etmək üçün “maksimum həcmdə məlumat topladığını” yazıb.

“Apple”in hüquqşünasları qeyd edirlər ki, Şi işdən ayrılmazdan əvvəl “Apple Watch”un texniki komandasının bir çox iclaslarında iştirak edib. Onun xidməti “MacBook” vasitəsilə korporativ fayllarla bağlı izləri gizlətmək üçün axtarış etdiyi də məlum olub. Buraya “MacBook"dan məlumatların necə silinməsi” və “ümumi diskdə faylı açdığımı kim görə bilərmi” kimi sorğular daxil olub. Bu məlumatlar Şinin şirkətdə qoyub getdiyi cihazlardan aşkarlanıb.

Şi isə istefa ərizəsində şəxsi və ailəvi səbəbləri göstərib, “Oppo”ya keçidi barədə məlumat verməyib. Çin şirkəti hadisə ilə bağlı hələ şərh açıqlamayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUN 2026
Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr 22:17 İlon Mask yeni tarix yazdı: "SpaceX" "Amazon"u geridə qoydu 22:14 Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Bütün Xəbərlər