Yerli futbolçulara görə klubların alacağı mükafat açıqlandı

Yerli futbolçulara görə klubların alacağı mükafat açıqlandı
19.08.2025 17:21 İdman

AFFA İcraiyyə Komitəsinin fevralın 3-dəki qərarına əsasən, 2025/2026 mövsümündə Misli Premyer Liqasında çıxış edən klubların heyətində yerli futbolçuların meydana çıxmasına görə maliyyə təşviq mexanizmi tətbiq edilir.

TodayPress TV milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qərara əsasən, bonus fondu çempionatda iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödəniləcək rüsumlardan formalaşacaq.

Yeni qaydaya əsasən, legioner rüsumlarından ayrılacaq vəsaitin müəyyən hissəsi (minimum 1 000 000 manat) Premyer Liqada çıxış edən klublar arasında bölüşdürüləcək. Həmçinin mövsüm ərzində yerli futbolçuların (əmsallar nəzərə alınmaqla) ən çox xal topladığı klub əlavə mükafat (ümumi məbləğdən 50 000 manat) qazanacaq.

Hər bir klubun heyətində meydana çıxmış yerli futbolçuların oynadığı ümumi dəqiqə sayı Premyer Liqanın bütün klublarının yerli futbolçularının ümumi dəqiqə sayındakı faiz payına uyğun olaraq hesablanacaq.

Çempionat çərçivəsində keçiriləcək oyunlar üzrə ümumi yerli futbolçu 1,0 əmsal, 21 yaş və daha gənc yerli futbolçu 1,5 əmsal, klubun yetirməsi (əsas komandaya yüksələnə qədər eyni klubun aşağı yaş qruplarında və ya əvəzedici komandasında ardıcıl minimum 3 mövsüm çıxış etmiş futbolçu) isə 2,0 əmsalla qiymətləndiriləcək.

Hesablama yalnız 90 dəqiqəlik əsas oyun vaxtını əhatə edəcək. Əlavə edilən vaxtda meydana çıxan oyunçular üçün yalnız 1 dəqiqə qeyd olunacaq. Bir futbolçu eyni zamanda bir neçə kateqoriyaya uyğun gəldikdə, onun oyun dəqiqələri ən yüksək əmsalla hesablanacaq.

Namiq HUN

XƏBƏR LENTİ
06 AVQUST 2026
Elman Abdullayev UNESCO-dan geri çağırıldı, yerinə təyinat oldu 14:29 Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırıldı 14:26 Qəzzada 112 insan 1000 gündən sonra dəfn edildi - VİDEO 14:17 Rassell “Formula-1”dəki sərt reallığı açıqladı! 14:09 Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi geri çağırıldı, yenisi təyin olundu - FOTOLAR 14:04 Kannavaro millidəki gizli problemi üzə çıxardı! 13:51 Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi 13:43 Azərbaycanlı futbol funksioneri növbəti dəfə UEFA-nın seçimi oldu! 13:29 AZCON-a "Azərkosmos"la bağlı yeni səlahiyyətlər verildi 13:26 Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edildi 13:24 “Qalatasaray”ı şoka salan komissiya tələbi! 13:13 Azərbaycanda kağızsız hökumətə keçid tarixi açıqlandı 13:12 Narazılıqdan sonra “Maklaren” yeni şöbə yaratdı! 13:11 Arutyunyan və digərlərinin məhkəməsində qərar... 12:51 Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur? 12:43 Sibiha Azərbaycana başsağlığı verdi 12:32 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 12:13 Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar 12:04 Regional kanallar çökdü, NHL hərəkətə keçdi! 11:48 Ceyhun Bayramov Ukrayna PUA-larının sərgisi ilə tanış oldu 11:37 Kreml "iynə üstündə oturub" - Azərbaycana "hücum" edəcəklər 11:36 Ceyhun Bayramov Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət etdi 11:07 "ABŞ hücum etsə, hədəfimizdə olan ölkələr bəllidir" - Tehran hədələdi 10:59 Əhaliyə müjdə: bu ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəksiniz – SİYAHI 11:00 Sabiq “Çelsi”li futbol dünyasının görünməyən üzünü açdı! 10:50 Bütün Xəbərlər