Bundesliqada inanılmaz start! Yeni top məhsuldarlığı artırıb

Bundesliqada inanılmaz start! Yeni top məhsuldarlığı artırıb
12.08.2026 09:40 İdman

Yeni mövsümdən Almaniyanın Birinci və İkinci Bundesliqalarında “Adidas Torfabrik” topundan istifadə olunacaq. Bu qərar bir çox qapıçının narazılığına səbəb olub.

TodayPress TV xəbər verir ki, “Bayern & Germany” nəşri futbolçuların yeni topla bağlı fikirlərini yayıb.

“Əvvəllər “Derbystar” topla oynayırdıq. “Torfabrik” isə ondan daha sürətlidir. Bu topla zərbə vurmaq daha rahatdır və buna görə də meydan oyunçuları üçün daha uyğundur. Qapıçıların reaksiya verməsi üçün isə topun daha yüksək sürətlə uçması səbəbindən bir qədər az vaxt qalır.

Topun dəyişdirilməsi qərarının bir çox qapıçını hazırlıqsız yaxaladığını və onların şok, hətta dəhşət içində olduğunu bilirəm. Ən azı, hazırda məndə belə təəssürat yaranıb”, – deyə “Hamburq”un qapıçısı Daniel Hoyer bildirib.

Drezden “Dinamo”sunun hücumçusu Yakob Lemmer də yeni topun qapıçılar üçün ciddi sınaq olduğunu söyləyib. Onun sözlərinə görə, top sürətli və gözlənilməz istiqamətdə uçur və bu səbəbdən mövsümdə yüksək məhsuldarlıq gözlənilir.

Qeyd edək ki, “Adidas Torfabrik” topundan Almaniya futbolunda 2010-2018-ci illərdə də istifadə olunub. Top 2026-cı ildən etibarən yenidən Bundesliqada tətbiq ediləcək.

Yeni topun qayıdışı artıq İkinci Bundesliqada məhsuldarlığa təsir edib. İlk turun 9 oyununda ümumilikdə 31 qol vurulub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Naxçıvana 258 milyon manat ayrıldı - PREZİDENT SƏRƏNCAM İMZALADI 10:24 “Bu uşaqlar çox pisdirlər!” Bred Pitt futbolçuları tənqid etdi 10:19 XİN-dən gənclərə təbrik: “Böyük qürur hissi doğurur” 09:46 Trampdan etiraf: "Onlar nə deyirsə, mən onu edirəm" 09:45 İngiltərə futbolunda iz qoyan qadın hakim karyerasını bitirir 10:03 Tramp: "İrana inanmıram" 08:46 6 min azarkeş, bir kubok, böyük savaş! Emeri “PSJ” matçına köklənib 09:54 Sevastopola kütləvi PUA hücumu 09:34 Bundesliqada inanılmaz start! Yeni top məhsuldarlığı artırıb 09:26 Azərbaycan nefti bahalaşdı 09:24 Transfer bazarında Baloqun savaşı! “Qalatasaray” da namizədlər arasındadır 09:21 "Tesla" 20 mindən çox avtomobilini geri çağırır 09:08 Lebronun debüt oyunu NBA tarixində bilet qiyməti rekordu qırdı 08:57 Bakıda 46 kiloqram narkotiklə bağlı əməliyyat: 3 nəfər saxlanıldı 08:54 Qasperinin istəyi gerçəkləşir! “Roma” “İnter”dən ulduz alır 09:10 Diqqət! Bu ərazilərdə qaz olmayacaq 08:27 Novorossiyskdə PUA hücumu: Limandakı iri taxıl terminalına zərbə endirildi - VİDEO 08:17 İsveç sursat tədarükünə 52,5 milyon DOLLAR ayrıldı 01:37 Braziliyadan QEYRİ-ADİ layihə: İnsan saçından okean filtri hazırlandı 01:49 Qasırğaların gücü köpəkbalıqları ilə ölçüləcək? 01:02 Məşhur amerikalı müğənnini məhkəməyə verdilər 01:45 ABŞ-də gömrük gəlirləri azaldı, sosial xərclər kəskin artdı 01:16 Moldova Ukrayna taxılının daşınmasına başlayır 01:30 Kriştianu Ronaldu və Corcina Rodriqes evləndi! 01:41 Bir sıra ərazilərdə işıq KƏSİLƏCƏK 01:20 Bütün Xəbərlər