Mə.hur futbolçu həbs edildi - SƏBƏB

Mə.hur futbolçu həbs edildi - SƏBƏB
18.06.2026 01:30 İdman

Futbol üzrə Kot-d'İvuar millisinin hücumçusu Elye Vai danışılmış oyunun təşkilində şübhəli bilinərək mayın 29-da Fransa polisi tərəfindən həbs edilib.

TodayPress TV bu barədə "The Athletic" nəşrinə istinadən xəbər verir.

Müqavilə ilə "Ayntraxt"a məxsus olan və icarə əsasında "Nitsa"da çıxış edən 23 yaşlı hücumçu Liqa 1-də "Sent-Etyen"lə matçdan (4:1) sonra saxlanılıb. O, həmin oyunda dubl müəllifi olmuşdu.

Mənbənin məlumatına görə, təhqiqat Fransa Peşəkar Futbol Liqasının mayın 17-də keçirilmiş "Nitsa" - "Mets" matçına edilən şübhəli mərclər, xüsusən də Vainin sarı vərəqə alması ilə bağlı bildirişlər almasından sonra başlayıb. Görüşün 35-ci dəqiqəsində hücumçu kobud fəndə görə xəbərdarlıq alıb. Bu, onun mövsümdəki beşinci sarı vərəqəsi olub və bu səbəbdən o, "Sent-Etyen"lə ilk pley-off oyununu buraxıb. Futbolçu dindirmədən sonra sərbəst buraxılsa da, araşdırma davam edir.

"Təsdiq edə bilərik ki, Fransa Liqa 1-də çıxış edən 23 yaşlı futbolçu mütəşəkkil fırıldaqçılıq, idmanda mütəşəkkil korrupsiya, cinayət yolu ilə əldə edilmiş gəlirlərlə davranma və çirkli pulların yuyulması ittihamları ilə Marsel prokurorluğu tərəfindən başladılan təhqiqat çərçivəsində mayın 29-da həbs olunub. O, polis bölməsində dindirildikdən sonra sərbəst buraxılıb. İstintaq davam edir", - deyə "The Athletic" Marsel prokurorluğunun nümayəndəsinin sözlərindən sitat gətirir.

Vai şübhəli oyundan dörd gün əvvəl, mayın 15-də Kot-d'İvuarın 2026-cı il dünya çempionatı üçün heyətinə daxil edilmişdi. ABŞ-də keçirilən turnirdə o, Ekvadorla matçın (1:0) start heyətində meydana çıxıb.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
DÇ-2026: İngiltərə Xorvatiya üzərində böyükhesablı qələbə qazandı 02:08 ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini açıqladı 23:34 Mə.hur futbolçu həbs edildi - SƏBƏB 23:37 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq 23:38 ABŞ–İran Anlaşma Memorandumunun fotoları yayıldı 00:45 Fransa millisinin start heyəti mundiallar tarixinə düşdü 23:30 "Neftçi SOCAR" klubu Orlean mərhələsinin qalibi oldu 00:16 Tramp İranla razılaşmadan sonrakı planlarını AÇIQLADI 23:59 "Səbail"in yeni prezidenti müəyyənləşdi 23:32 Hörmüz boğazında vəziyyət dəyişir: Tehran yeni detallar açıqladı 23:22 Bu dəfə ölkə birinciləri onlardır - FOTOLAR 23:13 Yəmən sahillərində gəmiyə silahlı hücum edildi 23:13 ABŞ–İran sazişinin detalları açıqlandı: 14 maddəlik memorandum dərc edildi 23:11 DÇ-2026: Portuqaliya-Konqo oyununda qalib müəyyənləşmədi 23:04 "HƏMAS"ın daha bir komandiri ÖLDÜRÜLDÜ 22:17 Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir? 22:41 DÇ-2026 ilə bağlı 16 ton saxta forma müsadirə edildi 20:50 Ağır qəzada həlak olan Məryəmin orqanları altı nəfərə həyat verdi - VİDEO 22:33 Putin Fidanı dərhal qəbul etdi: Bağlı qapılar arxasından Zelenskiyə minnətçi düşdülər 22:25 Ronaldu ən yaşlı meydan oyunçusu OLDU 21:46 "Qarabağ" Bruno Lanqanı transfer etdi 22:05 Aİ sammiti öncəsi Ukrayna planı: Meloni yeni nümayəndə irəli sürməyə hazırlaşır 21:28 Ağ Ev lideri iki ölkəyə təşəkkür etdi 21:25 Fransa hökuməti ittiham olundu - Səbəb nədir? 21:18 ABŞ–İran anlaşması bir addımlıqda: Pakistan və Türkiyə prosesə dair fikir mübadiləsi apardı 21:18 Bütün Xəbərlər