NATO nümayəndə heyəti ilə görüşlər keçirildi

NATO nümayəndə heyəti ilə görüşlər keçirildi
23.05.2025 09:37 Hərbi

NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının Qərargah rəisinin Dəstək üzrə müavini general-mayor Stefan Fiksin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər edib.

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət edib.

HDQ-də keçirilən görüşdə NATO-nun tərəfdaşlıq proqramları çərçivəsində Azərbaycanla əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri, o cümlədən təcrübə mübadiləsinin dərinləşdirilməsi imkanları müzakirə olunub.

Tərəflər arasında keçirilən fikir mübadiləsi zamanı NATO-nun tərəfdaşlıq proqramları kontekstində Azərbaycanın fəal iştirakı və göstərdiyi təşəbbüslər xüsusi vurğulanıb.

Görüşdən sonra HDQ-nin "N" hərbi hissəsində qonaqlara hərbi hissənin fəaliyyət istiqamətlərini əks etdirən brifinq təqdim olunub. Nümayəndələr hərbi qulluqçuların taktiki və xüsusi hazırlıq üzrə nümayiş məşğələlərini izləyiblər.

Daha sonra NATO nümayəndə heyəti Hərbi Polis İdarəsini ziyarət edib. Görüş çərçivəsində qonaqlara hərbi polisin yaradılması, fəaliyyəti və keçdiyi şərəfli yol barədə ətraflı məlumat verilib.

Bu məqsədlə xüsusi hazırlanmış videoçarx nümayiş olunub və idarənin strukturu ilə bağlı brifinq təqdim edilib. Səfərin son mərhələsində qonaqlar Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub.

İdarədə təşkil edilən görüşdə Azərbaycan və NATO arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti, tərəfdaşlıq çərçivəsində icra olunan layihələr və qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında geniş və məhsuldar fikir mübadiləsi aparılıb, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Keçirilən görüşlərdə bu cür səfərlərin Azərbaycan-NATO əməkdaşlığının strateji əhəmiyyətini bir daha təsdiq etdiyi və qarşılıqlı anlaşma mühitinin daha da möhkəmləndirilməsinə töhfə verdiyi vurğulanıb.

FOTOLAR

NATO nümayəndə heyəti ilə görüşlər keçirildi — 1
NATO nümayəndə heyəti ilə görüşlər keçirildi — 2
NATO nümayəndə heyəti ilə görüşlər keçirildi — 3
NATO nümayəndə heyəti ilə görüşlər keçirildi — 4
NATO nümayəndə heyəti ilə görüşlər keçirildi — 5
NATO nümayəndə heyəti ilə görüşlər keçirildi — 6
NATO nümayəndə heyəti ilə görüşlər keçirildi — 7
XƏBƏR LENTİ
05 AVQUST 2026
Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi! 12:37 “Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır! 12:24 Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlandı - FOTOLAR 12:17 Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi 12:16 HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi 12:08 Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz etdi 11:59 Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ 09:08 Bir şaiyə onları dənizə tökdü - Seutada nə baş verir ? 11:35 Həmiltonun yüksəlişinin sirri məlum oldu 11:25 Dürantın “Filadelfiya” fikrinin pərdəarxası açıqlandı 11:18 Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı 11:16 Gənc boksçularımız beynəlxalq sınağa çıxır 11:09 Ferstappen xoşbəxtliyinin əsas səbəbini açıqladı 11:06 4 il həbs cəzası alan Hüseyn Həsənovdan GÖZLƏNİLMƏZ ADDIM: Vəkili DANIŞDI 10:48 O'Nil: “Təkəbbürüm mənə çox baha başa gəldi” 10:39 "Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO 10:28 Filippin sahillərində güclü zəlzələ oldu 10:28 Rusiyanın hücumları nəticəsində azərbaycanlıların əmlakı zərər gördü - FOTO 10:03 Zədə Alkarası növbəti böyük turnirdən də məhrum etdi 09:50 Transfer yarışında dönüş: “Liverpul” Mbaye uğrunda önə çıxdı 09:40 Kompleks hücum: Ukraynanın ən böyük anbarları və logistika mərkəzləri dağıdıldı - VİDEO 09:38 Hikmət Hacıyev: "Türkiyənin iştirak etmədiyi heç bir masada Azərbaycan olmayacaq" 09:33 NBA azarkeşlərinin səbirsizliklə gözlədiyi tarix açıqlandı 09:30 FIFA qaydaları “Şəfa”nı yarışdan kənarda qoydu 09:14 “Mənim oyuncaqlarım” – Ronaldodan maraqlı paylaşım 09:00 Bütün Xəbərlər