SON DƏQİQƏ! Bu qidalar satışdan qaldırıldı - FOTOLAR

SON DƏQİQƏ! Bu qidalar satışdan qaldırıldı - FOTOLAR
02.04.2026 14:57 Gündəm

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən idman qidalarının satışının həyata keçirildiyi mağaza və idman zallarında monitorinq aparıb.

Bu barədə TodayPress TV-yə AQTA-dan məlumat verilib.

Monitorinq aparılan 17 müəssisənin 16-da idman qida məhsullarının satışının həyata keçirildiyi halda qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.

Eyni zamanda, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 34 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Əfqan Ruslan oğluna məxsus “Wolf Fitness” idman zalında arıqlamaq məqsədilə qəbul edilən “L-Carnitine 2000 caffeine” əmtəə nişanlı, Sabunçu rayonu, Bakıxanov ştq, Sülh küçəsi 14/2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Bayramov Fuad Fəqan oğluna məxsus “Arslan” fitnes zalında isə “Gold Standart Whey”, “C4-Pre Workout”, “Argipower 120 cephl” əmtəə nişanlı idman qida məhsullarının müvafiq icazə sənədi olmadan qanunsuz şəkildə satışının həyata keçirildiyi aşkarlanıb. Həmin məhsullardan nümunələr götürülərək təhlükəsizlik tələblərinin yoxlanılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib və məhsulların toxunulmazlığı təmin edilərək satışdan kənarlaşdırılıb.

Monitorinq zamanı həmçinin “İRON MAXX”, “Whey.az”, “Protein Shop” mağazalarında, “Qol güləşi idman kompleksi”ndə, “Wolf Fitness”, “Just FİT”, “Arslan Fitnes” və “Adrenaline” idman zallarında üzərində Azərbaycan dilində etiket məlumatları olmayan idman qida məhsulları aşkar edilib ki, həmin məhsullar da satışdan kənarlaşdırılaraq etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstərişlər verilib. 

Monitorinqlər davam etdirilir.

TodayPress TV

FOTOLAR

SON DƏQİQƏ! Bu qidalar satışdan qaldırıldı - FOTOLAR — 1
SON DƏQİQƏ! Bu qidalar satışdan qaldırıldı - FOTOLAR — 2
SON DƏQİQƏ! Bu qidalar satışdan qaldırıldı - FOTOLAR — 3
SON DƏQİQƏ! Bu qidalar satışdan qaldırıldı - FOTOLAR — 4
SON DƏQİQƏ! Bu qidalar satışdan qaldırıldı - FOTOLAR — 5
SON DƏQİQƏ! Bu qidalar satışdan qaldırıldı - FOTOLAR — 6
SON DƏQİQƏ! Bu qidalar satışdan qaldırıldı - FOTOLAR — 7
SON DƏQİQƏ! Bu qidalar satışdan qaldırıldı - FOTOLAR — 8
XƏBƏR LENTİ
30 IYUL 2026
“Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Bütün Xəbərlər