Bir meymun, MİLYON BAXIŞ: IKEA “Panç”dan nə qazandı?

Bir meymun, MİLYON BAXIŞ: IKEA “Panç”dan nə qazandı?
25.02.2026 12:41 Gündəm

Sosial mediada “Panç” adlı balaca meymunun narıncı kuklası ilə bağlı yayılan görüntülər qısa zamanda məşhurlaşıb. 

Bundan sonra İsveç mebel nəhəngi IKEA-nın həmin kuklanı 17 avroya satışa çıxarması və məhsulun sürətlə satılması marketinq müzakirələrinə səbəb olub.

Marketoloq Saday Əlverdiyev mövzu ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, bu addım klassik “real-time” marketinq nümunəsidir:


"Bu, IKEA-nın tətbiq etdiyi "real-time" marketinq strategiyasıdır. Yəni gündəmdə baş verən hər hansı hadisəyə anında marketinq alətləri ilə reaksiya verməkdir. Əslində bu, birbaşa marketinq strategiyasından daha çox satışın optimallaşdırılmasıdır. Yəni satışa operativ reaksiya verməkdir".

MÜSBƏT VƏ MƏNFİ TƏRƏFLƏR 

Onun sözlərinə görə, bu yanaşmanın həm müsbət, həm də mənfi tərəfləri var.

Ekspert hesab edir ki, "real-time" marketinq markanın çevikliyini nümayiş etdirir:

"Müsbət tərəfi odur ki, “real-time” marketinq markanın hadisələrə anında reaksiya verməsini, gündəmi izlədiyini, operativ və cəmiyyətə yaxın olduğunu göstərir. Bu da auditoriya ilə isti münasibət yaradır. Bu cür strategiya emosiyalar üzərindən satışa çevrilmə imkanı yaradır. Anlıq satışa çevrilmə imkanı verir və insanların emosiyalarına toxunaraq real vaxtda gəlir əldə etməsinə şərait yaradır".

Marketoloq vurğulayıb ki, burada emosional marketinq elementi də mühüm rol oynayır: 


"Digər müsbət tərəfi isə onun insanların arzularını markaya yaxınlaşdırmasıdır. Buna emosional marketinq deyilir. Emosional marketinq "storytelling"in, yəni hekayə əsaslı marketinqin tərkib hissəsidir. Çünki insanlar hekayəsi olan məhsulları almağa daha meyilli olurlar. İstər oyuncaq, istər geyim, istərsə də istifadə etdiyiniz hər hansı marka arxasında hekayə olduqda daha dəyərli görünür".

Mütəxəssis bu tip addımların riskli tərəflərinin də olduğunu deyib:

"Birinci mənfi tərəf odur ki, heyvansevərlər tərəfindən həmin meymunun həssas vəziyyətindən istifadə edilməsi markanın fürsətçi davranışı kimi qiymətləndirilə və mənfi reaksiya doğura bilər. İkincisi, mənəvi hisslərin və ya heyvan üzərindən emosiyaların monetizasiyası insanlarda kəskin emosional reaksiya yarada bilər.”

"BOOM" EFFEKTİ


Ekspert əlavə edib ki, bu cür strategiyalar adətən qısamüddətli effekt verir:

"Bu tip hadisələr "boom" marketinq effekti yaradır. Anlıq satış və anlıq gəlir gətirir. Lakin bu, uzunmüddətli deyil. Real-time baş verir və qısamüddətli effekt verir. Bu da növbəti neqativ məqamdır. Belə hallarda yanaşma son dərəcə həssas qurulmalıdır. Çünki bu, tam mənada biznes strategiyası deyil, daha çox satışın optimallaşdırılması prosesidir. Ona görə də yanaşma elə olmalıdır ki, insanların emosiyalarına həssas şəkildə toxunsun və markaya qarşı mənfi fikir formalaşdırmasın. Əgər məhsul artıq IKEA-nın məhsul portfelində mövcud idisə, bu reaksiya sadəcə onun satışını ön plana çıxarır və artıq strategiyanın tərkib hissəsinə çevrilir".

STRATEJİ RİSK

Saday Əlverdiyev qeyd edib ki, əgər məhsul portfeldə yox idisə və hadisə əsasında xüsusi olaraq formalaşdırılıbsa, bu artıq fürsətçi və sırf kommersiya yönümlü yanaşma kimi görünə bilər. Bu isə strateji risk yaradır. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 Ermənistanda ŞOK: Köçəryanın hava limanında qarşısı kəsilib 22:17 Bütün Xəbərlər