Arazdan sonra Azərbaycanın ən böyük dərdi Şəhriyarın Bakıya qovuşmaması idi...

Arazdan sonra Azərbaycanın ən böyük dərdi Şəhriyarın Bakıya qovuşmaması idi...
30.06.2026 17:39 Gündəm

Sovet dövründə, 1967-1968-ci illərdə Molla Pənah Vaqifin 250 illik yubileyi qeyd olunurdu.  

Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovun təşəbbüsü ilə Sov.İKP MK-ya müraciət edilmiş, tədbir 1968-ci ilin payızında Bakıda keçirilmişdi. Yubileyə SSRİ respublikalarından, eləcə də Bolqarıstan, Polşa, Kuba, Rumıniya, Almaniya Demokratik Respublikası, Türkiyə, İran və digər ölkələrdən qonaqlar dəvət olunmuşdu. 


Bu siyahıya Cənubi Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyar  da salınmışdı. Onun dəvət olunması üçün xüsusilə şair Məmməd Araz böyük səy göstərmişdi. Məmməd Araz Moskvaya bir neçə dəfə müraciət etmiş, Şəhriyarın böyüklüyünü vurğulamış, hətta onun Azərbaycanda qalması xərclərini öz cibindən ödəyəcəyini bildirmişdi. Moskvadan razılıq gələndən sonra rəsmi dəvətnamə hazırlanmışdı. Proqramda hətta Şəhriyarın Səməd Vurğunun “Vaqif” poeması əsasında qurulmuş tamaşaya baxışı və çıxışı da nəzərdə tutulmuşdu. 


Lakin səfər baş tutmadı. Dəvətnamə "səhvən" başqa ünvana göndərilmişdi. Məktub Məhəmmədhüseyn Şəhriyarın adına yox,  Pakistanın Şəhriyar adlı bir şairinə ünvanlanmışdı.

Bu, poçt səhvi kimi təqdim olunsa da, məqsədli əngəl olduğu aydın idi. 

Məmməd Araz İran səfirliyinə dəfələrlə zəng etsə də, məktubun çatmadığını öyrənmişdi. Bəzi izahlara görə, maneə törədənlər arasında Yazıçılar Birliyindəki “qoca şairlər”– bolşevik rejiminə yaxın, Vaqif haqqında əsərlər yazanlar olmuşdu. Çünki Şəhriyar kimi güclü bir şəxsiyyət onların kölgədə qalmasına səbəb ola bilərdi. 

Şəhriyarın portretinin ilk müəllifi rəssam Fəxrəddin Əli də bu hadisəni təsdiqləyən şəxslər sırasında idi.

O, deyir: "Dəvət göndərildi, Şəhriyara  amma imkan vermədilər gəlsin. Gənclər Şəhriyarı o qədər sevir, yolunu gözləyirdilər ki,  onu çiyinləri üzərində daşıyacaqlarını dilə gətirmişdirlər. Bu da ürəklərində qaldı..."


Məmməd Araz bu hadisədən sonra  çox sarsılmış və məşhur “Gəlmədi” şeirini yazmışdı:

Ümidlər yollara sərili qaldı,

Bu ağır xəbərdən, bu nəs xəbərdən.

Güllər güllüklərdə dərili qaldı,

Şəhriyar gəlmədi...

Şəhriyar yollanır Azərbaycana,

Yol hanı, yol hanı Azərbaycana?

Bu da Təbriz-Bakı səddinin,  soyuq Araz ayrılığının növbəti həlqəsi idi. Şəhriyar Şimalın həsrətini yalnız misralarında yaşadan, arzusu gözündə qalan nakam şair olaraq tarixə keçdi. Məmməd Arazın  sızıltılı misralarında qaldığı kimi – Şəhriyar gəlmədi... Amma onun ruhu misralarında bütün qapalı yolları, tikanlı məftilləri çoxdan fəth etmişdi. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
30 IYUN 2026
ABŞ NATO ölkələrindən hesabat tələb edir 20:56 Bu ərazilərdə QAZ olmayacaq 20:43 Hakan Fidan Ankarda Aİ rəsmiləri ilə görüşdü 21:03 Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR 20:26 Samir Şərifov: Ağdamda Belarusla birgə lift zavodu və quşçuluq kompleksi yaradılır 20:46 "Zirə" yoxlama oyununda "Iğdır" klubuna məğlub oldu 20:40 Türkmənistan Azərbaycanın hədiyyəsini belə qarşıladı - VİDEO 20:36 Litva ölkə tarixində ən gənc Baş nazirini SEÇDİ 20:14 Papua-Yeni Qvineya sahillərində zəlzələ oldu 20:08 Samir Şərifov: Azərbaycan və Belarus zamanın sınağından çıxmış iki etibarlı dostdur 20:09 Belarus səfiri: İki ölkə arasında əməkdaşlığın coğrafiyası Qarabağa qədər genişlənib 20:06 Türkiyə-İsrail gərginliyində Azərbaycan işığı 19:59 Kuba ABŞ ilə dialoqa hazırdır, lakin bir şərtlə... 19:48 Dünyada rekord sayda milyarder qeydə alındı - Lider... 19:31 Bakıda 30 il əvvəl törədilən qətlin istintaqı tamamlandı 19:03 Niderland ordusu 2028-ci ilədək Litvada qalacaq? - Krallıq bəyan etdi 18:21 "Sovetski"də qanunsuz sökülən evin taleyi necə oldu? 18:29 Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda yeddinci nümunəvi çimərlik açıldı 18:24 Ceyhun Bayramov Katrin Bomberger ilə görüşdü 18:11 Toza, palçığa və çirklənməyə meydan oxuyan silah: SIG516 platformasının 15 illik qlobal uğur xronikası 17:49 Arazdan sonra Azərbaycanın ən böyük dərdi Şəhriyarın Bakıya qovuşmaması idi... 17:46 Azərbaycanın yeni nəsil hərbi mütəxəssisləri vəzifələrinə başladı 17:33 Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi 17:19 Dəmir çatışmazlığı necə hiss olunur? Əlamətlər və dəstəkləyici təbii yollar 16:05 Kiberpolis qanunsuz mərc oyunları təşkil edən cinayətkar dəstəni ifşa etdi 17:11 Bütün Xəbərlər