Sahibə Qafarova çinli parlamentari ilə ikitərəfli əlaqələri müzakirə etdi

Sahibə Qafarova çinli parlamentari ilə ikitərəfli əlaqələri müzakirə etdi
25.03.2026 14:19

Azərbaycan – Çin əməkdaşlığı bir çox sahələr üzrə genişlənməkdə davam edir.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Çinə səfəri çərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Lıci ilə görüşü zamanı deyib.

Cao Lıc Azərbaycan və Çin arasında diplomatik əlaqələrin qurulmasından keçən 34 ildə münasibətlərin qarşılıqlı hörmət və dəstəklə müşayiət olunduğunu diqqətə çatdırıb. O qeyd edib ki, son illərdə iki ölkə başçısının rəhbərliyi altında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qeyd olunub ki, ötən il Azərbaycan və Çin liderləri arasında iki görüş keçirilib və Ümumçin Xalq Nümayəndələri Məclisi dövlət başçılarının bu fəaliyyətinin dəstəklənməsi və ölkələr arasında əlaqələrə yeni ölçülərin qazandırılması məqsədilə Azərbaycan parlamenti ilə birgə işləmək niyyətindədir.

Gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağını söyləyən Milli Məclis sədrinin sözlərinə görə, ölkələr arasında münasibətlər həmişə dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub və bu gün Azərbaycan – Çin əməkdaşlığı bir çox sahələr üzrə genişlənməkdə davam edir.

Spiker Sahibə Qafarova son dövrlərdə bu münasibətlərin yeni mərhələyə yüksəldiyini və Prezident İlham Əliyevin ölkələrlə arasında əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Söhbət zamanı ərazi bütövlüyü və suverenliyi məsələsində də qarşılıqlı dəstək ifadə olunub. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan "Vahid Çin" siyasətini hər zaman qətiyyətlə dəstəkləyir, Çin isə öz növbəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə daim dəstək göstərib.

Cao Lıci Azərbaycanın "Vahid Çin" siyasətinə, Çinin Tayvan, Honkonq və Sintszyan-Uyğur Muxtar regionlarına dair mövqeyinə dəstəyi və bu istiqamətdə verdiyi bəyanatları yüksək qiymətləndirdiklərini bildirib. O, həmçinin Çin vətəndaşlarının İrandan təxliyə olunmasına göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Görüşdə vurğulanıb ki, Azərbaycan "Bir Kəmər, Bir Yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub və Çin tərəfi bunu yüksək qiymətləndirir. Sahibə Qafarova deyib ki, bu gün Azərbaycan Avrasiyada mühüm nəqliyyat qovşağıdır. Orta Dəhliz Çin ilə Avropanı Xəzər dənizi vasitəsilə birləşdirən etibarlı, təhlükəsiz və səmərəli marşruta çevrilib.

Eyni zamanda, iki ölkə arasıbda ticarət, nəqliyyat, kommunikasiya məsələlərində birgə işləməsindən, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların artmasından məmnunluq ifadə edilib. Cao Lıci bildirib ki, Çin rəqəmsal inkişaf, süni intellekt, yaşıl enerji kimi sahələr üzrə də əlaqələrin inkişafında maraqlıdır. Vizaların qarşılıqlı ləğvi, ilk ölkə arasında birbaşa uçuşların yaratdığı imkanlardan istifadə əlaqələri daha da inkişaf etdirəcək.

Söhbət zamanı diqqətə çatdırılıb ki, Azərbaycan və Çin qlobal cənubun üzvləridirlər. Cao Lıci Azərbaycanın beynəlxalq səviyyədə oynadığı rolun getdikcə daha da gücləndiyini və Çinin beynəlxalq səviyyədə Azərbaycana dəstəyini və Azərbaycanla əlaqələndirməni daha da artırmaq niyyətində olduğunu bildirib. Qeyd olunub ki, Çin, həmçinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü və ölkəmizin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyini də dəstəkləyir.

Görüşdə daha sonra humanitar və mədəni əməkdaşlıq məsələlərinə də diqqət yetirilib və qeyd olunub ki, bu sahədə əlaqələr xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Milli Məclisin sədri ölkələrimiz arasında mədəni sahədə uğurlu layihələr həyata keçirildiyini bildirib, xüsusilə Heydər Əliyev Fondu ilə Çin Xalqının Xarici Ölkələrlə Dostluq Assosiasiyası arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

Söhbət zamanı tərəflər parlamentlərarası əməkdaşlığa da diqqət yetirərək, qeyd ediblər ki, bu sahədə əlaqələr iki ölkə arasında münasibətlərin dərinləşməsində mühüm yer tutur. Gələcəkdə də bu əlaqələrin daha da genişləndirilməsinin və təmasların artırılmasının əhəmiyyətinə dair ortaq fikirlər səsləndirilib, qanunvericilik orqanlarının komitələri arasında, o cümlədən institusional əlaqələrin inkişaf etdirilməsi, eyni zamanda, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Cao Lıci, həmçinin Çin Xalq Nümayəndələri Yığıncağının 14-cü sessiyasının yekunları və qəbul etdiyi qərarlar, eyni zamanda, Çinin əldə etdiyi sosial-iqtisadi nailiyyətlər haqqında da məlumat verib. O, Çinin bu nailiyyətləri dost ölkələrlə, o cümlədən Azərbaycanla paylaşmağa hazır olduğunu söyləyib.

XƏBƏR LENTİ
20 AVQUST 2026
Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 Bütün Xəbərlər