“Moody’s”in investisiya reytinqi ilə bağlı gözləntiləri açıqlandı

“Moody’s”in investisiya reytinqi ilə bağlı gözləntiləri açıqlandı
15.07.2025 17:05

“Moody’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiya oluna bilən dərəcəyə keçidini nəzərdə tutan uzunmüddətli emitent reytinqini “Baa3” (sabit) dərəcəsinə yüksəltməsi şirkətə təkcə risksevər (risk-seeking) deyil, həm də riskə meyilli olmayan (risk-averse) investorları cəlb etməsinə imkan yaradacaq.

Bu barədə TodayPress TV-yə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, bu qərar SOCAR-ın investisiya oluna bilən dərəcədə olan reytinq statusunu təsdiqləməsinə, həm yerli, həm də beynəlxalq kapital bazarlarında istiqraz emissiyaları zamanı daha çox potensial sərmayədarları cəlb etməklə likvidliyə çıxışı yaxşılaşdırmasına, qiymətli kağızların buraxılışı zamanı müqayisədə daha aşağı faiz ilə yerləşdirməsinə, daha aşağı faizlə yerləşdirmə imkanının gələcək buraxılışlar üçün istinad nöqtəsi olmasına imkan yaradacaq.

“Moody’s”in qeyd etdiyi kimi, SOCAR-ın sağlam maliyyə göstəriciləri, şirkətdə şəffaflığın və hesabatlılığın gücləndirilməsi və təkmilləşdirilmiş korporativ idarəetmə mexanizmlərinin formalaşdırılması reytinqin yüksəldilməsinə təsir edən əsas amillərdir: "Neft və qaz bazarlarında qiymət dalğalanması və əməliyyat volatilliyi kimi çətinliklərə baxmayaraq, SOCAR ardıcıl dörd il müsbət sərbəst pul axını, etibarlı kredit göstəriciləri və sağlam likvidlik mövqeyi nümayiş etdirib. Reytinq, həmçinin SOCAR-ın davamlı olaraq beynəlxalq əməkdaşlığı genişləndirməsini də nəzərə alır. “Moody’s”in sabit proqnozu SOCAR-ın kredit keyfiyyətini və səmərəli maliyyə idarəçiliyini qoruyub saxlamaq bacarığına olan inamı əks etdirir".

Qeyd edək, “Moody’s” 2010-cu ildən SOCAR ilə kredit reytinqlərinin verilməsi üzrə əməkdaşlığa başlayıb və hazırkı “Baa3” reytinqi indiyədək əldə edilmiş ən yüksək dərəcədir.

Ötən il “Fitch” Beynəlxalq Reytinq Agentliyi SOCAR-a investisiya edilə bilən dərəcədə olan “BBB-“ (sabit) reytinqi verib.

Bundan əlavə, SOCAR ötən il özünün COP28 zamanı elan olunan dekarbonizasiya hədəflərinə sadiqliyini nümayiş etdirərək MSCI tərəfindən BBB ESG (Environment, Social and Governance – Ətraf mühit, Sosial və İdarəetmə) reytinqi alıb.

XƏBƏR LENTİ
02 AVQUST 2026
Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bütün Xəbərlər