ARDNF-in aktivləri 70 milyard dolları keçdi

ARDNF-in aktivləri 70 milyard dolları keçdi
23.10.2025 10:44

Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 70 milyard 161,7 milyon ABŞ dolları təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 16,9 % çoxdur.

TodayPress TV bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ARDNF-in büdcə gəlirləri 13 milyard 73,5 milyon manat, büdcə xərcləri isə 10 milyard 917,8 milyon manat təşkil edib.

9 ay ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 7 milyard 837,7 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 7 milyard 68,8 milyon manat, bonus ödənişləri və tranzitdən 765,3 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Quruma "Azəri-Çıraq-Günəşli" yatağından 6 milyard 183,9 milyon manat, "Şahdəniz" yatağından isə 697 milyon manat vəsait daxil olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir isə 5 milyard 235,7 milyon manat olub.

Hesabat dövründə ARNDF dövlət büdcəsinə 10 milyard 860,8 milyon manat transfert edib (9 ay ərzində Azərbaycan Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 4 milyard 350,3 milyon ABŞ dolları məbləğində vəsait satıb), "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 8,2 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" nın maliyyələşməsinə 26,1 milyon manat yönəldib, idarəetməyə isə 22,9 milyon manat xərcləyib.

Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına büdcədənkənar gəlirləri isə 15 milyard 66,1 milyon manat təşkil edib.

"Hesabat dövründə ARDNF-in aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşıb.

Maliyyə bazarları baxımından, III rübdə müşahidə olunan nisbətən sakit iqtisadi-bazar mühiti dövlət istiqrazlarının gəlirlilik dərəcələrinin volatilliyinin əvvəlki rüblərlə müqayisədə azalmasına səbəb olub. Avrozona və Böyük Britaniyanın 10 illik dövlət istiqrazlarının gəlirlilik dərəcələrində artım, ABŞ-da isə azalma tendensiyası müşahidə olunub. Yüksək faiz gəlirlərinin də töhfəsi ilə ARDNF-in borc öhdəliklərindən əldə etdiyi gəlirlər artıb.

Qlobal səhm bazarları III rübdə güclü performans göstərərək, əvvəlki rübdə müşahidə olunan artım tendensiyasını davam etdirib. Əsasən ABŞ bazarlarında baş verən yüksəliş nəticəsində, əsas indekslər yüksək gəlirlilik göstərib. Bu müsbət dinamika rüb ərzində ARDNF-in səhm bazarlarından əldə olunan gəlirlərinə əhəmiyyətli dərəcədə töhfə verib.

Qızıl bazarı hesabat dövründə ardıcıl olaraq tarixi maksimum səviyyələri yeniləyərək yüksək gəlirlilik nümayiş etdirib. Qlobal miqyasda davam edən qeyri-müəyyənliklər, mərkəzi bankların həyata keçirdiyi iri məbləğli alışlar və digər mənbələrdən mövcud tələbat qızılın qiymətinin yüksəlməsinə səbəb olub. Nəticə etibarilə, bu amillər Fondun qızıl altportfelinin performansını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və büdcədənkənar gəlirlərin artımına töhfə verib", - deyə açıqlamada qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 Bütün Xəbərlər