İbtidai siniflər niyə məzmunu qavraya bilmir? - Ekspert RƏYİ

İbtidai siniflər niyə məzmunu qavraya bilmir? - Ekspert RƏYİ
21.11.2025 14:01 Elm və Təhsil

Elm və təhsil naziri Emin Əmrullayev ibtidai sinfin sonunda şagirdlərin 40-50 faizinin V-VI sinif səviyyəsindəki məzmunu qavramağa hazır olmadığını açıqlayıb. 


Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli TodayPress TV-yə açıqlamasında bu problemin illərdir mövcud olduğunu və hələ də köklü həll mexanizmlərinin formalaşmadığını bildirib.


Onun sözlərinə görə, sözügedən göstərici təkcə fənn biliklərinin zəif olmasından xəbər vermir. Bu, həmçinin tədris mühitində, metodikada, qiymətləndirmə sistemində və məktəbin daxili idarəetməsində boşluqların olduğunu göstərir:

"Əgər ibtidai sinfin sonunda şagirdlərin yarısına yaxını növbəti mərhələ üçün hazır deyilsə, bu, yalnız oxu və riyazi biliklərlə bağlı məsələ deyil. Sosial-emosional inkişaf, diqqət və yaddaşın formalaşması, müəllimin pedaqoji yanaşması və məktəbin ailə ilə əməkdaşlıq modeli də buraya daxildir. Bizdə çox vaxt məzmunun ötürülməsi ön planda olur, bacarıqların formalaşdırılması isə arxa plana keçir".

Ekspert hesab edir ki, vəziyyəti düzəltmək üçün ibtidai təhsilin metodikasına köklü şəkildə yenidən baxılmalıdır:

"Müəllimin rolu "məzmun izah edən" yox, "öyrənmə prosesini təşkil edən" olmalıdır. İbtidai sinifdə uşağa bilik verməyi yox, ona öyrənməyi öyrətməliyik. V-VI sinifdə tələb olunan təfəkkür və tapşırıq analizi bacarıqları məhz ibtidai mərhələdə formalaşır. Şagirdin hansı mərhələdə çətinlik yaşadığını yalnız ibtidai sinfin sonunda müəyyənləşdirmək gecdir. Birinci və ikinci sinifdən etibarən davamlı müşahidəyə əsaslanan formativ izləmə sistemi olmalıdır ki, problem yaranan kimi müdaxilə edilsin. Təkcə summativ qiymətləndirmə kifayət etmir".

Mütəxəssis əlavə edib ki, ailə-məktəb əməkdaşlığının zəifliyi də problemin əsas mənbələrindən biri kimi göstərilir:


"Məktəb öyrətməlidir, ailə isə dəstək olmalıdır. Amma çox vaxt tərəflər məsuliyyəti bir-birinə ötürür. Əməkdaşlıq düzgün qurulmayanda uşaqla bağlı məsuliyyət parçalanır və nəticədə heç biri öz rolunu tam icra etmir. Məktəblər arasında resurs bərabərsizliyi də nəticələrə ciddi təsir göstərir. Bir məktəbdə sinifdə 36 şagird, digərində 20 şagird varsa, nəticələrin eyni olması mümkün deyil. Müəllim hazırlığından tutmuş sinif mühitinə qədər bütün faktorlar uşağın inkişafına təsir edir".

Əmrah Həsənli qeyd edib ki, problem həllolunandır, lakin bunun üçün sistemli yanaşma şərtdir:

"İbtidai təhsilə yanaşma yenilənməli, müəllim hazırlığı gücləndirilməli, ailə-məktəb əməkdaşlığı sistemləşdirilməli və diaqnostik qiymətləndirmə daha erkən mərhələyə çəkilməlidir. Uşağın V sinfə hazır olması üçün proses ibtidai sinfin ilk günündən işləməlidir".

Ekspert vurğulayıb ki, tətbiq ediləcək tədbirlər ardıcıl və koordinasiyalı olarsa, ibtidai təhsil mərhələsindəki çatışmazlıqları aradan qaldırmaq mümkün olacaq. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Bütün Xəbərlər