Zelenski “tampon bölgə” təkliflərinə qarşı çıxdı

Zelenski “tampon bölgə” təkliflərinə qarşı çıxdı
30.08.2025 15:00 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında Avropa liderlərinin atəşkəs və ya sülh sazişi çərçivəsində Ukrayna ilə Rusiya arasındakı sərhəddə "tampon bölgə"nin yaradılması təkliflərini rədd edib.

TodayPress TV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb. 

O, bu ideyanın müasir müharibənin reallıqlarını əks etdirmədiyini və praktiki baxımdan tətbiqinin mümkün olmadığını bildirib.

"Bu günün texnoloji müharibə reallığını anlamayanlar "tampon bölgə" təklif edir", - deyə Zelenski bildirib.

Ukrayna lideri əlavə edib ki, belə bir bölgə ölkəsi üçün ərazi itkiləri ilə nəticələnə bilər və Rusiya bu cür təşəbbüsləri yalnız münaqişənin həllini uzatmaq üçün alət kimi istifadə edir. Onun sözlərinə görə, Rusiya tərəfi hələ də səmimi diplomatik həllə hazır deyil.

Qeyd edək ki, Avropa mətbuatında bəzi liderlərin iki ölkə arasında 40 kilometrlik "tampon bölgə"nin yaradılması ideyasını gündəmə gətirdikləri barədə məlumatlar yayılıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
25 IYUN 2026
Sübutsuz, hökmsüz Şvabe... 16:49 Prezident səfiri geri çağırdı - SƏRƏNCAM 16:40 "İntellektual gömrük" informasiya sistemi yaradılır 16:37 Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olundu 16:34 Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edildi 16:31 Beş nəfərə "general-mayor" ali hərbi rütbəsi verildi - SƏRƏNCAM 16:28 Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü - FOTO 16:17 Hiperkalsemiya nədir? Kalsium artıqlığının səbəbləri və müalicə üsulları 16:05 Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi - FƏRMAN 16:00 Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak etdi 15:52 Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirildi 15:47 Qızlar imtahanlarda niyə daha yüksək nəticə göstərir? 15:21 Ceyhun Bayramov polşalı həmkarı ilə müzakirələr apardı 15:11 Paşinyan Azərbaycana görə hər kəsi qarşısına aldı 14:59 MM-in növbədənkənar sessiyasında bu məsələlər müzakirə olunacaq 14:59 Venesuelada ağır humanitar fəlakət: Ölənlərin sayısı 100 mini keçə bilər! - VİDEO - YENİLƏNDİ 2 10:00 FIFA Nepal futbolunu beynəlxalq arenadan kənarlaşdırdı 14:46 Zelenski Lukaşenkonu necə qorxutdusa, hər şeyi atıb Putinin yanına qaçır 14:40 Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək - TƏSDİQLƏNDİ 14:36 "Maliyyə icarəsi haqqında" qanun qüvvəyə minəcək 14:27 Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNDİ 2 10:44 Rusiyanın buna haqqı varmı? – Paşinyan əsəbiləşdi 14:11 İrəvan gözünü Avropaya dikdi, Paşinyan Orta Dəhlizə şərik çıxmaq istəyir! 13:48 Azərbaycan Venesuelaya başsağlığı verdi 13:47 Almaniya Türkiyədə “Patriot” HHM sistemi yerləşdirdi 13:29 Bütün Xəbərlər