Qızlar imtahanlarda niyə daha yüksək nəticə göstərir?

Qızlar imtahanlarda niyə daha yüksək nəticə göstərir?
25.06.2026 15:21 Elm və Təhsil

Son illər Azərbaycanın universitet qəbul imtahanlarında ən yüksək balları ən çox qızlar toplayır. Bu, təsadüfi bir hadisə deyil. Artıq neçə ildir ki, statistika eyni mənzərəni göstərir, qız abituriyentlərin orta balı oğlanlardan xeyli yüksəkdir.

Bəs buna səbəb nədir?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Ramin Nurəliyev deyib ki, qızlar oğlanlara nisbətən daha məsuliyyətli və intizamlıdır.


Onun sözlərinə görə, qızlar adətən dərsə daha mütəşəkkil yanaşır, vaxtlarını daha yaxşı planlaşdırır və imtahana sistemli hazırlaşırlar:

"Oğlanlar isə tez-tez son günlərə saxlayır, diqqətləri daha asan dağılır. Qızlar daha çox kitab oxuyur, mətnlə işləməyə, əzbərləməyə və yazılı cavab verməyə daha meyilli olurlar. Digər səbəb ailə və cəmiyyət təzyiqidir. Bir çox ailədə qız uşağının "yaxşı oxuyub ali məktəbə girməsi" daha önəmli sayılır. Qızlar evdə daha çox nəzarət altında olur, telefonda, küçədə vaxt keçirmək imkanları məhdudlaşır. Bu da istər-istəməz dərsə ayrılan vaxtı artırır. Oğlanlar isə daha sərbəst böyüyür, idman, oyun, dostlarla vaxt keçirmək kimi şeylərə daha çox vaxt sərf edirlər".

Ekspert əlavə edib ki, bioloji və psixoloji fərqlər də rol oynayır:

"Qızlar orta məktəb illərində emosional və intellektual cəhətdən daha tez yetkinləşirlər. Konsentrasiya qabiliyyətləri bu dövrdə daha stabil olur. Əlbəttə, bu ümumi tendensiyadır. Əvvəlki illərdə qız uşaqlarının təhsildən kənarlaşdırılması və ya təhsildən yayınması hallarında valideynlərin müəyyən qədər təsiri və təzyiqi hiss olunurdusa, hazırda regionlarda belə valideynlər qız övladlarının təhsil almasına daha çox maraq göstərir və bu istiqamətdə zəruri addımlar atırlar. Bu, istər maliyyə dəstəyi, istərsə də digər imkanların yaradılması formasında özünü göstərir.

Məhz buna görə də hazırda qız şagirdlərin və abituriyentlərin təhsilə daha çox diqqət ayırması, dərslərinə daha ciddi yanaşması onların yüksək nəticələr əldə etməsinə təsir göstərən əsas amillərdən biridir.

Bununla yanaşı bəzi bölgələrdə erkən nikah və təhsildən uzaqlaşma halları müşahidə olunurdu. Lakin dövlət qurumları, qeyri-hökumət təşkilatları və digər aidiyyəti qurumlar tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri müəyyən nəticələr verib".

Ramin Nurəliyev vurğulayıb ki, n
əticədə valideynlərin qız övladlarının təhsil almasına marağının artdığı açıq şəkildə görünür. Bu tendensiya isə ümumilikdə təhsilin inkişafına və təhsil göstəricilərinin yüksəlməsinə müsbət təsir göstərir.

Qeyd edək ki, Martın 15-də keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimum nəticə toplayıb. 

Həmin şagirdlər Zərbəliyeva Zəhra Polad qızı, Həsənli Bəxtiyar Vüqar oğlu, Tağızadə Samir Hikmət oğlu, Qayıbova Emiliya Vitalik qızı, Məcidli Burlaxatun Bəhruz qızı, Vəlizadə Rafiq Ramil oğlu, Əsgərov Əli Mübariz oğlu, Məmmədli Nəslihan Ruhin qızı və Xammədova Zəhra Xamməd qızıdır.

Qəbul imtahanında isə maksimum nəticəni 3 abituriyent əldə edib. Onlar IV ixtisas qrupu üzrə Hümbətova Ayan Xəqani qızı, I ixtisas qrupu üzrə Hüseynli Leyla Samir qızı və Zeynalova Nargilə İlkin qızıdır.

Ümumilikdə isə Burlaxatun Bəhruz qızı Məcidli hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticəni - 700 balı əldə edib. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
İran ABŞ-yə şərtlərini qoydu: Hörmüz boğazı bu halda açılacaq! 20:46 İlham Əliyev Naxçıvanda yeni elektrik avtobuslarına baxdı - YENİLƏNDİ 20:14 Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ 20:16 Sərhəd rəhbərləri görüşdü: Yük maşınları ilə bağlı yeni qərar gözlənilir 20:36 Metro sərnişinlərinə ŞAD XƏBƏR! “Dərnəgül”də yenilik 20:27 Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR! Nəticələr açıqlandı 20:20 UEFA Çempionlar Liqası: "Sabah" - "Orhus" matçı başladı 20:08 İlham Əliyev Naxçıvanda Sənaye Parkının təməlini qoydu 20:01 Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu 19:55 İlham Əliyev Ümummilli Liderin abidəsini ziyarət etdi 19:46 Bulvarda dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 19:34 Putin Trampa şayba göndərdi 19:26 Prezident və xanımı Naxçıvandadır - VİDEO 19:14 745 milyon dollarlıq raket sifarişi: ABŞ nəyə hazırlaşır? 19:07 Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər 18:59 Gəncədə yol keçmək istəyən iki nəfəri avtomobil vurdu 18:45 Kim daha yaxşı donuz səsi çıxarır? Fransada qəribə yarışın qalibi seçildi 18:32 ABŞ-da Azərbaycanla bağlı mühüm görüş - Nələr müzakirə edildi? 18:22 Husilərə “komanda” verən İran imiş - Yəməndən İDDİA 18:14 Özbəkistan TƏCİLİ hərəkətə keçdi: Tatarıstana xüsusi qrup göndərildi 18:06 Erməni deputat: TRIPP layihəsi ilə bağlı İranla razılaşmışıq 17:49 Ermənistan Azərbaycandan qaz almaq istəyir 17:44 Lənkəranda meşədən iki nəfərin meyiti tapıldı 17:32 ABŞ İran blokadasını yarmaq istəyən gəmini vurdu 17:28 Axundzadə gəlməmiş komandada kütləvi ayrılıq başladı! 17:07 Bütün Xəbərlər