"Maliyyə icarəsi haqqında" qanun qüvvəyə minəcək

"Maliyyə icarəsi haqqında" qanun qüvvəyə minəcək
25.06.2026 14:22 Daxili siyasət

Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib.

TodayPress TV xəbər verir ki, sənəd maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi və iqtisadi artımda rolunun gücləndirilməsi məqsədilə maliyyə icarəsi fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.

Sənəddə "alış qiyməti", "geriyə maliyyə icarəsi", "maliyyə icarəsi", "maliyyə icarəsi alan", "maliyyə icarəsi fəaliyyəti", "maliyyə icarəsi müqaviləsi", "maliyyə icarəsi ödənişləri", "maliyyə icarəsi verən", "mühüm iştirak payı", "satıcı", "ümumi dəyər", "vətəndaş qüsursuzluğu" kimi anlayışlar öz əksini tapıb.

Qanunun tələblərini pozan şəxslər məsuliyyət daşıyırlar.

Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minir. Bundan sonra 9 ay müddətində ölkədə lizinq fəaliyyətini həyata keçirən (o cümlədən hazırda lizinq fəaliyyətini normativ hüquqi aktlara müvafiq olaraq dayandırmış) şəxslər öz fəaliyyətini bu qanunun tələblərinə uyğunlaşdırmalı və müvafiq reyestrə daxil edilmək üçün Azərbaycan Mərkəzi Bankına müraciət etməlidirlər. Həmin müddətdə qanunun tələblərinə əməl etməyən şəxslər yeni maliyyə icarəsi müqavilələri bağlamamalı, mövcud lizinq müqavilələrinin müddətinin uzadılmasına yol verməməli və firma adında "maliyyə icarəsi", "maliyyə lizinqi", "lizinq" sözləri və ya bu sözlərdən ibarət söz birləşməsi olduğu halda, həmin sözlərin adından çıxarılması üçün normativ hüquqi aktlara uyğun olaraq tədbirlər görməlidirlər.

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Ələt-Astara yolunda QƏZA Xəsarət alanlar var 20:21 "Sabah" "Orhus" azarkeşləri ilə bağlı insidentə aydınlıq gətirdi 20:09 Fransada quraqlıq - 40 mindən çox insan SUSUZ QALDI! 19:58 Robert Gilmanın azadlığı Rusiya-ABŞ münasibətlərinə nə vəd edir? – Ramiz Yunus AÇIQLADI 19:46 Paşinyan və Zelenski arasında telefon danışığı - Nələr müzakirə olundu? 19:29 “Sabah” ABŞ-li basketbolçu Frenki Fidleri heyətinə qatdı! 19:22 Mingəçevirdə 21 yaşlı oğlan su anbarında BATDI 19:12 "İranın edə biləcəyi heç nə yoxdur!" - Tramp 19:07 Xocavənd rayonunda mina partladı, xəsarət alanlar var 18:57 Husilər son 6 gündə böyük itki verdi - Rəqəmlər AÇIQLANDI 18:35 Yasamal rayonunda oğurluq edən şəxslər saxlanıldılar 18:38 Tailand ABŞ-yə qarşı TƏZYİQƏ başladı? – Hökumətdən cavab gəldi! 18:26 İran və ABŞ arasında müzakirələr DAYANIB? – Yüksək rütbəli rəsmi AÇIQLADI 18:15 Qara dənizdə bir gündə iki NATO kəşfiyyat təyyarəsi GÖRÜLDÜ 18:03 Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirdi 18:08 Zelenski azərbaycanlı hərbçiləri təltif etdi 17:17 Bu ölkə İrana xəbərdarlıq etdi 17:03 İranın Ali Lideri niyə ictimaiyyət qarşısına çıxmır? - AÇIQLANDI 16:29 MÜTDA elektron attestatlarla bağlı narahatlığa aydınlıq gətirdi 16:32 Makqreqordan həmyerlisinə döyüş öncəsi möhtəşəm dəstək! 16:26 Azərbaycan ötən ay gündə 453 min barel neft hasil edib 16:23 Lionel Messi atasının vəfatından sonra ilk dəfə paylaşım edib 17:20 “Tesla” 20 mindən çox avtomobilini geri çağırdı 16:09 Göl qismən qurudu, 200 illik “Ekskalibur” ortaya çıxdı 16:09 Litva Rusiya və Belarus sərhədində xəndəklər qazacaq – Müdafiə hazırlığı gücləndirilir 16:00 Bütün Xəbərlər