Yaponiyanın Baş naziri Trampı hədiyyə ilə təəccübləndirdi

Yaponiyanın Baş naziri Trampı hədiyyə ilə təəccübləndirdi
28.10.2025 10:19 Dünya

Yaponiyanın Baş naziri Sanaa Takaiçi ABŞ Prezidenti Donald Trampa mərhum Şinzo Abenin diplomatik üslubunu xatırladan sürpriz hədiyyə təqdim edib. Tramp bu jestdən təsirlənərək Takaiçini “əsl lider” adlandırıb və Yaponiyanın müdafiə qabiliyyətini gücləndirmək istiqamətində onun qərarlılığını yüksək qiymətləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Rəsmi səfər çərçivəsində keçirilən görüş zamanı, Yaponiyada Şinzo Abenin siyasi varisi kimi tanınan Sanaa Takaiçi, sələfinin üslubunu davam etdirərək Tramp üçün təntənəli qəbul təşkil edib və ona Yaponiya imperatoru ilə görüş imkanı yaradıb.

Görüşün əsas məqamlarından biri simvolik hədiyyə olub. Baş nazir Trampa mərhum Şinzo Abeyə məxsus golf çubuğunu və yapon çempion Hıdeki Matsuyamanın imzası olan golf çantasını təqdim edib.

Siyasi müşahidəçilərin fikrincə, bu jest Takaiçinin xarici siyasətdə Şinzo Abenin kursunu davam etdirmək niyyətini nümayiş etdirib.

Donald Tramp isə həm hədiyyəni, həm də qəbulun səviyyəsini yüksək qiymətləndirərək, Yaponiyanın yeni baş nazirini “güclü və qərarlı lider” adlandırıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
"UFC Fight Night Baku": Əsas döyüşlərə start verildi 20:30 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 20:27 15 mərtəbəli binanın 16-cı mərtəbəsində yeni mənzil tikdilər 20:16 "UFC Fight Night Baku": Fərman Həsənov qələbə qazandı 18:14 İran ABŞ-ni ittiham etdi - SEPAH və XİN-dən iki mühüm bəyanat 19:52 ABŞ Venesuelaya qüvvələr göndərdi - VİDEO 19:33 İran Azərbaycana hücum etməyə hazırlaşırdı, Pezeşkian qarşısını aldı 19:29 Ceyhun Bayramov və Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə etdi 19:21 "Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşdi 19:08 Müqavimət davam edəcək - "Hizbullah" bəyanat yaydı 18:41 Əfqanıstanda 5,8 maqnitudalı güclü zəlzələ 18:21 Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA 16:13 “Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO 16:52 Çin turnirində Azərbaycan bayrağı ucaldı - Cüdoçular medal qazandılar 16:34 Xalq şairinin vəziyyəti barədə AÇIQLAMA 17:08 "Apple" Çinlə bağlı Tramp administrasiyasından xüsusi icazə istədi 15:11 Tehranın iki bölgəsində partlayışlar baş verdi 15:39 Rusiyadan ABŞ-ni qıcıqlandıracaq təklif: İrana yardım edəcək 15:22 Rusiya Ukraynaya məxsus “MiQ-29” təyyarəsini vurdu - VİDEO 16:20 Ermənistan MSK: Seçkilərin nəticəsinə təsir edən qanun pozuntusu olmayıb 16:29 ABŞ-nin İsrailə sözü düz gəlmədi - Dəstəyi zəifləyə bilər 15:17 64 yaşlı kişi hərbi xidmətə çağırıldı 15:43 Hörmüz boğazında neft tankeri vuruldu 15:05 Naxçıvana uçuşlar ləğv edildi - SƏBƏB 14:54 Marsda mürəkkəb üzvi birləşmə tapıldı – Alimlər həyəcan təbili çalır 13:49 Bütün Xəbərlər