Venesuelada ağır humanitar fəlakət: Ölənlərin sayısı 100 mini keçə bilər! - VİDEO - YENİLƏNDİ 2

Venesuelada ağır humanitar fəlakət: Ölənlərin sayısı 100 mini keçə bilər! - VİDEO - YENİLƏNDİ 2
25.06.2026 14:47 Dünya

Venesuelanın şimalında zəlzələ nəticəsində ölənlərin sayı 164-ə, yaralıların sayı isə 971 nəfərə çatıb.

TodayPress TV Venesuela mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin səlahiyyətli prezidenti Delsi Rodriges bildirib.

Bununla yanaşı, o, zəlzələ nəticəsində ölənlərin sayının arta biləcəyini istisna etməyib.

"Orada onlarla bina dağılıb", - Rodriges bildirib və insanların xilas edilməsi üzrə aparılan əməliyyatları "çox mürəkkəb xilasetmə işləri" kimi xarakterizə edib.

Xatırladaq ki, cümə axşamına keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib. Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib.

Daha əvvəl bildirilmişdi ki, Venesuelada iki dağıdıcı zəlzələ nəticəsində azı 32 nəfər ölüb, 700 nəfər isə yaralanıb.

TodayPress TV

***

10:00

ABŞ Geoloji Xidməti (USGS) Venesuelada baş verən güclü zəlzələnin ağır humanitar nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) ilkin qiymətləndirməsinə əsasən, Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 10 min ilə 100 min nəfər arasında ola bilər.

Qurumun açıqlamasında qeyd olunub ki, ölənlərin sayının 100 min nəfəri keçməsi ehtimalı təxminən 30 faiz təşkil edir.

Məlumata görə, çərşənbə günü Venesuelanın şimal sahillərində baş verən güclü zəlzələ paytaxt Karakasda ciddi dağıntılara səbəb olub. Bir sıra binaların zərər gördüyü, həmçinin Karakasdakı Simón Bolivar Beynəlxalq Hava Limanında da dağıntıların qeydə alındığı bildirilir.

Zəlzələnin episentri ölkənin ən iri neft emalı müəssisələrinin yerləşdiyi bölgələrdən birinin yaxınlığında – Montalban şəhərindən təxminən 30 kilometr şimal-qərbdə yerləşib. ABŞ Geoloji Xidmətinin son məlumatına görə, yeraltı təkanların maqnitudası 7,5 olub. Daha əvvəl bu göstəricinin 7,1 olduğu bildirilmişdi.

Venesuelanın daxili işlər naziri Diosdado Kabello mümkün təkrar yeraltı təkanlar təhlükəsini nəzərə alaraq vətəndaşlara evlərini tərk etməyi və açıq ərazilərdə qalmağı tövsiyə edib.

Xilasetmə və qiymətləndirmə işləri davam edir. Hakimiyyət orqanları zərərçəkənlərin dəqiq sayı və infrastruktur itkiləri ilə bağlı məlumatların dəqiqləşdirildiyini bildirir. ABŞ Geoloji Xidmətinin təqdim etdiyi rəqəmlər isə hazırda yalnız ehtimal xarakterli proqnoz hesab olunur.

TodayPress TV

***

10:00

Venesuelada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkə prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges məlumat verib.

Məlumata görə, təbii fəlakət nəticəsində azı 32 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

Ən çox zərər çəkən bölgə La-Quayra ştatı olub. Burada onlarla bina dağılıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir, yaxın saatlarda beynəlxalq yardım qruplarının bölgəyə çatacağı gözlənilir.

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
ABŞ İran blokadasını yarmaq istəyən gəmini vurdu 17:28 Axundzadə gəlməmiş komandada kütləvi ayrılıq başladı! 17:07 Kolumbiyada zəlzələdən sonra daha 5 təkan: Dağıntılar altında axtarışlar davam edir 16:37 Paşinyanın qızı nazirlikdə işləməyə başladı 17:00 Bakıda bir ildir itkin düşən qadının skeleti tapıldı, oğlu saxlanıldı 17:20 Rusiya bu ölkə ilə hərbi təlimlərə start verdi 16:49 Antonellinin gələcəyi parlaqdır! Kulthard onun üstünlüyünü açıqladı 16:42 ABŞ və Polşa birgə silah istehsal edəcək 16:33 Çempion meydana çıxır! NBA-də yeni mövsümün açılış oyunları bəlli oldu 16:37 Qarpız və qovunu kimlər ehtiyatla yeməlidir? 16:20 Usta kimi işlədiyi evi soydu 16:25 Əraqçi: İran bütün dünyanı təəccübləndirdi 16:10 Maxaçevə böyük etiraf: “Bütün çəki dərəcələrini fəth edir!” 16:12 Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ 15:49 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq 15:53 Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi oldu 15:49 ABŞ ələ keçirdiyi Rusiya gəmilərini Dubayda satdı 15:44 Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA 15:39 Abşeron çimərliklərində sabah hava necə olacaq? 15:31 PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro 15:23 Livanda avtomobilə PUA zərbəsi: yaralılar var - VİDEO 15:18 PSJ tarix yazmaq istəyir! Luis Enrike “Real”ın rekorduna göz dikib 15:04 Kobaxidze Moskva ilə münasibətlərin bərpası üçün şərt açıqladı 15:10 Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır! 15:00 Bütün Xəbərlər