Ukraynanın yeni Baş naziri Yuliya Sviridenko kimdir? - DOSYE

Ukraynanın yeni Baş naziri Yuliya Sviridenko kimdir? - DOSYE
17.07.2025 16:31 Dünya

Ukrayna parlamenti Ali Rada  iyulun 17-də ölkənin yeni Baş naziri vəzifəsinə Yuliya Sviridenkonun namizədliyini təsdiqlədi. Səsvermədə 262 deputat lehinə, 22-si əleyhinə səs verdi, 26 nəfər isə bitərəf qaldı. Bu təyinatla Sviridenko ölkə tarixində Yuliya Timoşenkodan sonra ikinci qadın Baş nazir oldu.

TodayPress TV xəbər verir ki, yeni hökumətin formalaşması əvvəlki Baş nazir Denis Şmıqalın istefasından sonra baş verdi

Prezident Volodimir Zelenski Şmıqalı müdafiə naziri vəzifəsinə namizəd kimi irəli sürüb.

Yuliya Sviridenko indiyədək ölkənin iqtisadiyyat naziri və birinci vitse-premyeri vəzifəsində çalışıb. Ekspertlər onun bu təyinatını prezident administrasiyasının rəhbəri Andrey Yermakın siyasi dəstəyi ilə əlaqələndirirlər.

Siyasi karyerası və iqtisadi təcrübəsi

1985-ci ildə Çerniqov şəhərində anadan olan Yuliya Sviridenko iqtisadiyyat üzrə ali təhsil alıb və dövlət idarəçiliyi sahəsində ixtisaslaşıb. O, özəl sektorda çalışmaqla yanaşı, dövlət xidmətində də müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2015-ci ildən Çerniqov vilayət administrasiyasında müxtəlif postlarda çalışıb, daha sonra isə prezident ofisində iqtisadi məsələlər üzrə rəhbər vəzifələrdə olub. 2021-ci ildə iqtisadiyyat naziri təyin edilərək, əmək, sənaye və qiymət siyasəti sahələrinə rəhbərlik edib.

Sviridenko 2025-ci ildə ABŞ ilə nadir torpaq metallarına dair resurs sazişini imzalayan əsas fiqurlardan biri olub. Saziş son anda Tramp və Zelenski arasında gərginliyə baxmayaraq reallaşmış və Ukraynanın iqtisadi müstəqilliyi ilə bağlı geniş müzakirələrə səbəb olmuşdu.

Yermakın təsiri və gözlənilən dəyişikliklər

Yeni hökumətin formalaşması fonunda Zelenskinin ofisinin rəhbəri Andrey Yermakın rolu xüsusi vurğulanır. Ukrayna mediası Sviridenkonun siyasi yüksəlişində Yermakın həlledici dəstəyini qeyd edir. Bildirilir ki, Yermakın təsiri ilə yeni nazirlər kabinetində bir neçə struktur birləşdirilə, bəzi nazirlər isə vəzifədən uzaqlaşdırıla bilər.

Britaniyanın “The Economist” və “Financial Times” nəşrləri yazır ki, Yermak Ukrayna daxilində siyasi qərarların 85 faizinə nəzarət edir və Baş nazirin təyinatı da onun nəzarətindədir. Müxalif deputatlar isə bildirirlər ki, Sviridenkonun Baş nazir postuna gətirilməsi ilə Yermak faktiki olaraq hökumətə rəhbərlik edəcək.

Analitiklər hesab edir ki, bu dəyişikliklər Ukraynada mümkün növbədənkənar seçkilərə hazırlıqla bağlıdır və Zelenskinin özünə tam loyallıq göstərən komanda formalaşdırmaq niyyətindən xəbər verir.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 IYUL 2026
Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Bütün Xəbərlər