Trampın İranla bağlı gizli əmri: Hücum qərarı əvvəlcədən verilibmiş

Trampın İranla bağlı gizli əmri: Hücum qərarı əvvəlcədən verilibmiş
23.06.2025 16:55 Dünya

ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə zərbə endirilməsindən iki gün əvvəl ictimaiyyətə qərar vermək üçün "iki həftəsi olduğunu" bəyan etsə də, həmin vaxt artıq hücum planı icraya başlanmışdı.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin "Axios" nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ-nin "B-2" tipli strateji bombardmançı təyyarələri İran hava məkanında radarlara yaxalanmadan uçuş həyata keçirərək, öncədən planlaşdırılmış zərbələri endirib. Trampın müşavirləri bu addımı həm medianı, həm də İran tərəfini çaşdırmağa yönəlmiş strateji gediş kimi dəyərləndiriblər.

Əməliyyatın təfərrüatları

"Operation Midnight Hammer" (Gecəyarısı çəkici əməliyyatı) adı verilən bu hücum ABŞ tarixində "B-2" bombardmançıları ilə keçirilmiş ən böyük əməliyyat kimi qeydə alınıb. Tramp hücum qərarını Kanadada keçirilən G7 sammitində olarkən verib və əməliyyatın icrasına şəxsən nəzarət edib.

Ölkənin müdafiə naziri Pit Heqset əməliyyatı başlatmaq göstərişini aldıqdan dərhal sonra təyyarələr Missuridəki bazadan havaya qalxıb. Tramp hücum anında Nyu Cersidəki qolf klubunda olsa da, “səssizlik nöqtəsi” adlanan mərhələyə çatmazdan əvvəl son təsdiqini verib və daha sonra Vaşinqtona qayıdaraq prosesi Ağ Evin “Situasiya otağından” izləyib.

Diplomatik səylər və tam məxfilik

Zərbədən əvvəl Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vasitəsilə İranla gizli danışıqlar təşəbbüsü göstərib. İstanbulda keçirilməsi planlaşdırılan yüksək səviyyəli görüş, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin təhlükəsizlik səbəbi ilə gizlənməsi səbəbindən baş tutmayıb.

Rəsmi Vaşinqton bəyan edib ki, əməliyyatın məqsədi İranın nüvə proqramını sıradan çıxarmaq olub, rejim dəyişikliyi məqsədi daşımayıb. Əməliyyatla bağlı Ağ Ev administrasiyasında yalnız məhdud sayda şəxs məlumatlı olub və bu müddət ərzində heç bir məlumat sızması baş verməyib.

Nəticə və mesaj

ABŞ diplomatiya qapılarını tam bağlamayıb. Hücum zamanı Trampın xüsusi elçisi Stiv Uitkoff İranın xarici işlər naziri Abbas Əraqçiyə mesaj göndərərək əməliyyatın məhdud xarakter daşıdığını və Vaşinqtonun danışıqlara açıq olduğunu bildirib.

Sonda qeyd olunub ki, Tramp bir tərəfdən İranın nüvə ambisiyalarına qarşı güc nümayiş etdirir, digər tərəfdən isə Tehrana diplomatik danışıqlara qayıtmaq üçün siqnal verir.

Töhfə Səməd

FOTOLAR

Trampın İranla bağlı gizli əmri: Hücum qərarı əvvəlcədən verilibmiş — 1
XƏBƏR LENTİ
19 AVQUST 2026
Ukraynada bir aydır davam edən etirazlardan sonra Fedorov danışdı 23:57 Türkiyədə qohum ailələr arasında silahlı qarşıdurma: Ölən və yaralananlar var 23:46 Yunanıstanda eyni anda bir neçə meşə yanğını başladı 23:26 Moskva Bakıya mesaj verdi: “Bu, Rusiyanın mövqeyi deyil” 23:32 ABŞ Yaxın Şərqdən çəkilir? - Pentaqonun planı üzə çıxdı 23:15 Bu ərazilərdə işıq OLMAYACAQ 22:55 İran-Azərbaycan münasibətlərində yeni səhifə: Əraqçidən AÇIQLAMA 22:57 Trampın Şimali Koreya siyasətinə BMT-dən cavab gəldi 22:47 Belarus sərhədində DƏHŞƏTLİ statistika: 96 miqrant öldü 22:25 Azərbaycana qarşı açıqlamaları ilə tanınan Rusiya rəsmisi istefa verdi! 22:30 70 mindən çox miqrantdan sonra sərhədlərlə bağlı YENİ QƏRAR 22:06 BMT İsrailə “dur” dedi: Suriyaya zərbələrə kəskin reaksiya 21:58 Türkiyədən İsrailə SƏRT REAKSİYA: “Suriyanın ərazi bütövlüyünü pozur!” 21:34 Ayxan Cavadov finala vəsiqə qazandı 21:27 Emin Cavadlı bürünc medal qazandı 21:22 Dəhşətli QƏZA: Maşın vuran piyadaların ikisi də öldü - YENİLƏNDİ 19:52 Tanınmış vəkil dələduzluğa görə həbs edildi 21:05 BƏƏ-də HƏYƏCAN: İrandan iki raket buraxıldı 20:58 Suriya zərbəsinin pərdəarxası: İsrail Türkiyəni hədəf aldı? 20:51 Qara dənizdə gəmi alovlara büründü - 21 nəfər təxliyə edildi 20:37 “Sevgi evi”ndə nələr baş verib? - Sahibi həbs edildi 20:17 İsrail HƏMAS komandirlərini vurdu 20:04 2-3 həftə suyun altından çıxmayacaq: Hindistan 6 yeni sualtı qayıq alır 19:40 Yuşşenko İlham Əliyevə belə təşəkkür etdi 19:31 Suriyada Əsəd rejimindən qalan “miras” tapıldı 19:17 Bütün Xəbərlər