Tokiodan tarixi qərar: İmperator sülaləsi ilə bağlı 79 illik qanun dəyişdi

Tokiodan tarixi qərar: İmperator sülaləsi ilə bağlı 79 illik qanun dəyişdi
17.07.2026 10:20 Dünya

Yaponiya parlamenti iyulun 17-də İmperator evi haqqında qanuna düzəlişlər qəbul etsə də, qadınların taxt-taca buraxılmasına geniş ictimai dəstəyin olmasına baxmayaraq, Xrizantema taxta yalnız kişi varislərin çıxa bilcəyinə dair qüvvədə olan prinsipi saxlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.

Düzəlişlər sülalənin keçmiş yan qollarından olan 15 yaşından yuxarı subay kişilərin imperator ailəsinin tərkibinə qəbul edilməsinə icazə verir. Onların övladları gələcəkdə taxta varis ola biləcəklər.

Bundan əlavə, imperator ailəsinin qadın üzvləri imperator mənşəli olmayan şəxslərlə nikaha daxil olduqdan sonra öz statuslarını qoruya biləcəklər. Bununla belə, onların həyat yoldaşları və uşaqları imperator ailəsinin üzvü hesab edilməyəcək və taxta varis olmaq hüququ əldə etməyəcəklər.

Eyni zamanda, dəyişikliklər imperator Naruhitonun qızı şahzadə Aikoya və imperator ailəsinin digər qadınlarına da taxta çıxmaq hüququ vermir. Hazırda yeganə gənc vəliəhd imperator Naruhitonun qardaşı oğlu, 19 yaşlı şahzadə Hisahitodur. Əgər onun oğlu olmasa, taxt-taca varislik məsələsi yenidən aktuallaşacaq.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Xəzər dənizinin səviyyəsi ildə 10 sm azalır – ARAŞDIRMA 11:22 "Mercedes" almanlara xəyanət etdi - Ürəyi "kitayski" olacaq 11:14 Hakan Fidan İranı silkələdi - VİDEO 11:05 Ali Tsokayev Macarıstanda da çempion oldu 10:58 Gizli Xidmət iş başında: Putinin qara qutusunu zəhərlədilər 10:53 14 yaşında Azərbaycanın ən böyük imperiyasını qurdu - Şah İsmayıl Xətai 10:51 Ali Məhkəmə: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz 10:34 Tokiodan tarixi qərar: İmperator sülaləsi ilə bağlı 79 illik qanun dəyişdi 10:27 Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu - FOTO 10:09 Yaxın Şərqdə müharibə nəzarətdən çıxır: Suriyadakı xüsusi əməliyyat mərkəzi vuruldu 09:57 Oğuzxan Uğur saxlanıldı 09:49 ABŞ Ermənistana nümayəndə heyəti göndərir 09:43 DÇ-2026-nın İspaniya – Argentina finalı təxirə salına bilər: SƏBƏB 09:34 Neft birjalarında bahalaşma davam edir 09:29 ABŞ üçün təhlükə siqnalı: Güclü istilər, daşqın və tüstü 09:01 Rusiyaya qarşı yeni sanksiyalar: ABŞ Senatı paketi dəstəklədi 08:54 Alimlər proqnoz verdi: "Qan yağışı" yağacaq 08:32 ABŞ İranın beş körpüsünü vurdu - Ölən və yaralananlar var 08:27 Macarıstan prezidenti qanunu imzalamasa, impiçment başlayacaq 08:20 Əhaliyə XƏBƏRDARLIQ: Bəzi ərazilər qazsız qalacaq 23:19 Yatmazdan əvvəl bir ovuc püstə yeməyin FAYDALARI 01:49 Alimlər ən faydalı isti içkini açıqladı - Hər gün içənlər daha uzun yaşayır 01:41 Yunan yoqurtu, yoxsa adi? Mütəxəssislər ən faydalısını açıqladı 01:25 Biləsuvarın bu küçələrində qaz olmayacaq - XƏBƏRDARLIQ 23:25 Bu tarixlərdə doğulanlar maliyyədə daha şanslıdır 23:06 Bütün Xəbərlər