Rusiyada logistika mərkəzləri VURULDU: Yaralılar var - VİDEO

Rusiyada logistika mərkəzləri VURULDU: Yaralılar var - VİDEO
22.07.2026 09:13 Dünya

Rusiyanın Krasnodar şəhərində və Stavropol diyarının Nevinnomıssk şəhərində yerləşən Wildberries şirkətinə məxsus iri logistika mərkəzləri gecə saatlarında pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə şirkətin həmtəsisçisi Tatyana Kimin Telegram kanalında məlumat yayıb. 

Məlumata görə, Nevinnomısskdakı anbara edilən hücum nəticəsində 5 nəfər tibbi yardım üçün müraciət edib. Krasnodardakı anbara zərbə zamanı isə daha 3 nəfər xəsarət alıb.

Hər iki obyektə endirilən zərbələrdən sonra güclü yanğın baş verib. Bildirilir ki, yanğınların söndürülməsi istiqamətində işlər hazırda da davam etdirilir.

Qeyd edək ki, Krasnodardakı logistika mərkəzinin sahəsi 150 min kvadratmetrdir və bu obyekt Wildberries şirkətinin Rusiyadakı ən böyük anbarları arasında 4-cü yerdə qərarlaşıb. Nevinnomısskdakı logistika mərkəzi isə 120 min kvadratmetr sahəyə malikdir və şirkətin ölkədəki 6-cı ən böyük anbarı hesab olunur.

Jalə Rövşən 

XƏBƏR LENTİ
22 IYUL 2026
İşə istədiyimiz vaxt gəlib-gedə biləcəyik - Maaşlara təsiri necə olacaq? 10:27 Azərbaycan dronları artıq "Shahed"lərdən üstündürmü? 10:14 Trampdan sürpriz təklif: İnfantino BMT-nin Baş katibi ola bilər? 10:02 Yaxın Şərqdə böyük qarşıdurma davam edir: ABŞ İranın ən strateji obyektlərini belə vurdu - VİDEO 09:54 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 09:45 Dünya bazarlarında neftin qiyməti yenidən yüksəlişə keçdi 09:30 Azərbaycan mədəniyyətinə ağır itki - VİDEO 09:19 Rusiyada logistika mərkəzləri VURULDU: Yaralılar var - VİDEO 09:13 Əhaliyə XƏBƏRDARLIQ! Saat 08:00-dan etibarən… 21:40 Çin Hərbi Hava Qüvvələri yeni taktika tətbiq edir 01:52 Yasamal sakinlərinə XƏBƏRDARLIQ! Bu ərazilər işıqsız qalacaq 01:08 11 gün yatmadan, yemədən uçdu: Alimləri heyrətləndirən quşun sirri 00:59 Antarktidada qışın ortasında inanılmaz hadisə - Temperatur müsbətə qalxdı 22:41 Okeanlarda həyatı məhv edə biləcək proses başladı – Alimlər həyəcan təbili çalır 22:24 İnsan Yer tarixində “son saatda” meydana çıxıb 22:10 İran Süleymaniyəyə güclü zərbələr endirir - VİDEO 01:27 “Taktiki bomba ilə məhv ediləcək” – İranla bağlı iddia 00:44 SON DƏQİQƏ: İsrailin Bəhreyndəki səfirliyində partlayış oldu - İDDİA 00:40 İran, İraq, Əfqanıstan… Tramp bütün müharibələri bir siyahıda topladı 00:29 Azərbaycan milli mətbuatının 151 yaşı tamam olur 23:48 Zelenski Ukrayna Silahlı Qüvvələrinə yeni baş komandan təyin etdi 23:45 “Heç kimin təsəvvür edə bilməyəcəyi qədər zəiflədilər” - Tramp 23:33 Ukrayna ordusunda nə baş verir? - Sırski vəzifədən getdi 23:14 Fransada uşaqlara “komendant saatı” tətbiq ediləcək 22:55 TƏCİLİ: ABŞ bombardmançı təyyarələri havaya qalxdı 22:51 Bütün Xəbərlər