Yaxın Şərqdə böyük qarşıdurma davam edir: ABŞ İranın ən strateji obyektlərini belə vurdu - VİDEO
ABŞ qüvvələri gecə saatlarında İranın hərbi obyektlərinə, o cümlədən komanda mərkəzlərinə, hərbi dəniz qüvvələrinin obyektlərinə, anqarlara, pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlara və logistika mərkəzlərinə zərbələr endirib.
TodayPress TV xəbər verir ki, hücum son üç ay ərzində İranın Hörmüz boğazında 30 ticarət gəmisinə hücum etməsinə cavab olaraq həyata keçirilib.
Gecə saatlarında Tehranda hava hücumundan müdafiə sistemləri fəaliyyət göstərib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Buşehr vilayətinin iki rayonu, Xuzistan vilayəti, eləcə də Təbriz və Behbəhan şəhərləri zərbələrə məruz qalıb. İlkin məlumata əsasən, ölən olmayıb.
Buna cavab olaraq, SEPAH ABŞ-ın Küveytdə yerləşən Əli əs-Səlim hərbi bazasındakı radar sistemini və Bubiyan adasındakı radiolokasiya stansiyasını məhv etdiyini açıqlayıb.
Həmçinin Səudiyyə Ərəbistanı və İraq Kürdüstanındakı hərbi obyektlərdə də bir sıra partlayışların baş verdiyi bildirilir.
Nicat Osmanlı