Monteneqro parlamenti ölkənin Ukraynaya dəstək missiyasında iştirakını təsdiqlədi

Monteneqro parlamenti ölkənin Ukraynaya dəstək missiyasında iştirakını təsdiqlədi
12.06.2025 16:43 Dünya

Monteneqro parlamenti ölkənin Avropa İttifaqının (Aİ) Ukraynaya dəstək məqsədilə həyata keçirdiyi "EUMAM Ukraine" hərbi təlim missiyasında iştirakına razılıq verib.

TodayPress TV xəbər verir ki, məsələ ilə bağlı keçirilən səsvermədə 49 deputat “lehinə”, 3 deputat isə “bitərəf” səs verib.

Monteneqronun müdafiə naziri Dragan Krapoviçin açıqlamasına görə, bu missiya çərçivəsində monteneqrolu hərbçilər Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə kimyəvi, bioloji və nüvə təhlükələrinə qarşı mühafizə, tibbi təminat, mina təmizləmə və əməliyyat hazırlığı üzrə təlim keçəcəklər. Nazir bildirib ki, Avropa İttifaqının 24 ölkəsi artıq bu proqram üçün təlimatçılar və hərbi heyət ayırıb.

Qeyd edək ki, "EUMAM Ukraine" missiyası 2022-ci ilin oktyabrında fəaliyyətə başlayıb. Layihə çərçivəsində Ukrayna hərbçiləri Aİ ölkələrinin silahlı qüvvələrinin standartları əsasında Almaniya və Polşada yerləşən təlim bazalarında mütəmadi olaraq hazırlıq keçirlər. 2023-cü ilin noyabrında Avropa İttifaqı bu məqsədlə təxminən 200 milyon avro vəsait ayırıb.

Rusiya tərəfi isə bu missiyanı tənqid edir. 2024-cü ilin martında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, “kollektiv Qərb” bu yolla Ukraynadakı münaqişənin birbaşa iştirakçısına çevrilib.

Töhfə Səməd

XƏBƏR LENTİ
02 AVQUST 2026
Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Bütün Xəbərlər