Merts “Rosneft” üçün sanksiyaların yumşaldılmasını gözləyir

Merts “Rosneft” üçün sanksiyaların yumşaldılmasını gözləyir
24.10.2025 11:56 Dünya

Almaniya kansleri Fridrix Merts gözləyir ki, ABŞ-nin yeni sanksiyaları çərçivəsində “Rosneft” şirkətinə istisna tətbiq olunsun. 

TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın “DW” agentliyi məlumat yayıb.

Bildirilib ki, Almaniya hökuməti ABŞ-nin yeni sanksiyalarının "Rosneft"in Almaniyada olan törəmə şirkətlərinə zərər verməməsi üçün təşəbbüs göstərir. Artıq bəzi banklar açıqlayıblar ki, Amerikanın tətbiq etdiyi məhdudiyyətlər bu törəmə şirkətlərlə iş aparmağı çətinləşdirə bilər.

Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyi vurğulayıb ki, ABŞ sanksiyaları dövlət idarəçiliyində olan Almaniya biznesinə tətbiq edilməməlidir.

Qeyd edək ki, mövzu Almaniyanın "Rosneft Deutschland" və "RN Refining & Marketing" şirkətləri ilə bağlıdır. 2022-ci ildə Rusiya Ukraynaya tammiqyaslı müdaxilə etdikdən sonra Almaniya hökuməti bu şirkətləri "Rosneft"in idarəçiliyindən çıxarıb və onları Federal Şəbəkələr Agentliyinin xarici idarəçiliyinə verib.

Xatırladaq ki, 2025-ci ilin 22 oktyabr tarixində ABŞ "Rosneft" və "Lukoyl" şirkətlərinə sərt sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi bildirib ki, qərarın səbəbi Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülhə razı olmamasıdır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
ABŞ-dən İrana qarşı ağır İTTİHAM: 8 min müəllimin hesabı OĞURLANDI 00:26 Kolumbiyada zəlzələ qurbanlarının sayı artır 02:33 “Üçüncü Dünya müharibəsi Avropanı məhv edəcək” – Belarus rəsmisindən proqnoz 01:56 Suriyada qaz boru kəmərində PARTLAYIŞ 02:17 Tramp Kanada ilə ticarət müharibəsində geri addım atır? - DETALLAR 02:08 Netanyahudan Suriyaya XƏBƏRDARLIQ- Türkiyə qoşunları narahatlıq yaratdı 01:47 Tramp İrana qarşı strategiyanı dəyişdi: Danışıqlar DAYANDIRILDI! 02:26 Tehran susmadı! BƏƏ-nin raket iddiasına reaksiya verdi 01:36 Çempionlar Liqası: “Fənərbağça” “Lion”la heç-heçə etdi 01:24 BƏƏ-dən gözlənilməz QƏRAR: İranla bütün əlaqələr DONDURULDU 00:49 Türkiyədə zəlzələ baş verdi 00:43 BƏƏ Müdafiə Nazirliyi İrandan atılan raketlə bağlı açıqlama yaydı 00:13 Ukraynada bir aydır davam edən etirazlardan sonra Fedorov danışdı 23:57 Türkiyədə qohum ailələr arasında silahlı qarşıdurma: Ölən və yaralananlar var 23:46 Yunanıstanda eyni anda bir neçə meşə yanğını başladı 23:26 Moskva Bakıya mesaj verdi: “Bu, Rusiyanın mövqeyi deyil” 23:32 ABŞ Yaxın Şərqdən çəkilir? - Pentaqonun planı üzə çıxdı 23:15 Bu ərazilərdə işıq OLMAYACAQ 22:55 İran-Azərbaycan münasibətlərində yeni səhifə: Əraqçidən AÇIQLAMA 22:57 Trampın Şimali Koreya siyasətinə BMT-dən cavab gəldi 22:47 Belarus sərhədində DƏHŞƏTLİ statistika: 96 miqrant öldü 22:25 Azərbaycana qarşı açıqlamaları ilə tanınan Rusiya rəsmisi istefa verdi! 22:30 70 mindən çox miqrantdan sonra sərhədlərlə bağlı YENİ QƏRAR 22:06 BMT İsrailə “dur” dedi: Suriyaya zərbələrə kəskin reaksiya 21:58 Türkiyədən İsrailə SƏRT REAKSİYA: “Suriyanın ərazi bütövlüyünü pozur!” 21:34 Bütün Xəbərlər