Litva hava məkanındakı meteozondları vurmağa hazırdır

Litva hava məkanındakı meteozondları vurmağa hazırdır
28.10.2025 17:47 Dünya

Litva Prezidenti Gitanas Nauseda ölkə ərazisi üzərində müşahidə olunan və siqaret qaçaqmalçılığı ilə əlaqələndirilən meteozondların vurulacağını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Baltnews” məlumat yayıb.

Nauseda respublikanın belə uçuşlara dözümlülük göstərməyəcəyini bildirib. Onun sözlərinə görə, Litva hava məkanının bu cür pozulması dövlət təhlükəsizliyinə birbaşa təhdiddir.

Baltik ölkəsinin Daxili İşlər Nazirliyinə tabe Sərhəd Mühafizəsi Xidmətinin rəis müavini Antanas Montvidas oktyabrın 28-də açıqlayıb ki, 2025-ci il ərzində Litvada yüzlərlə meteozond aşkarlanıb. Onların bir çoxunda qaçaqmal tütün məhsulları aşkar edilib.

Hadisələrlə bağlı Litva oktyabrın 22-də Belarus Xarici İşlər Nazirliyinə rəsmi etiraz notası göndərib. Rəsmi Vilnüs bu addımları beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.

Oktyabrın 27-də isə Litva hökuməti Belarusla sərhəddəki keçid məntəqələrini bağlayıb. Məhdudiyyətlər qeyri-müəyyən müddətə qüvvədə qalacaq.

Belarus Prezidenti Aleksandr Lukaşenko isə məsələyə münasibət bildirərək deyib:

“Əgər bu hadisədə həqiqətən bizim günahımız varsa, üzr istəməyə hazırıq".

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Avropa yanır - Əhali kondisionerlə tanış olur 21:25 "Qarabağ" Avstriya klubunu böyük hesabla məğlub etdi 21:15 "UFC Fight Night Baku": İkram Aliskerov braziliyalı rəqibini məğlub etdi - YENİLƏNİB 20:30 "Zirə" yoxlama oyununda "Navbahor"a məğlub oldu 20:47 Moskvaya doğru uçan iki PUA vuruldu 20:44 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 20:27 15 mərtəbəli binanın 16-cı mərtəbəsində yeni mənzil tikdilər 20:16 "UFC Fight Night Baku": Fərman Həsənov qələbə qazandı 18:14 İran ABŞ-ni ittiham etdi - SEPAH və XİN-dən iki mühüm bəyanat 19:52 ABŞ Venesuelaya qüvvələr göndərdi - VİDEO 19:33 İran Azərbaycana hücum etməyə hazırlaşırdı, Pezeşkian qarşısını aldı 19:29 Ceyhun Bayramov və Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə etdi 19:21 "Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşdi 19:08 Müqavimət davam edəcək - "Hizbullah" bəyanat yaydı 18:41 Əfqanıstanda 5,8 maqnitudalı güclü zəlzələ 18:21 Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA 16:13 “Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO 16:52 Çin turnirində Azərbaycan bayrağı ucaldı - Cüdoçular medal qazandılar 16:34 Xalq şairinin vəziyyəti barədə AÇIQLAMA 17:08 "Apple" Çinlə bağlı Tramp administrasiyasından xüsusi icazə istədi 15:11 Tehranın iki bölgəsində partlayışlar baş verdi 15:39 Rusiyadan ABŞ-ni qıcıqlandıracaq təklif: İrana yardım edəcək 15:22 Rusiya Ukraynaya məxsus “MiQ-29” təyyarəsini vurdu - VİDEO 16:20 Ermənistan MSK: Seçkilərin nəticəsinə təsir edən qanun pozuntusu olmayıb 16:29 ABŞ-nin İsrailə sözü düz gəlmədi - Dəstəyi zəifləyə bilər 15:17 Bütün Xəbərlər