Ermənistandan həyəcanlı xəbərlər gəlir: Mehridə dünya müharibəsi çıxacaq - İDDİA - VİDEO

Ermənistandan həyəcanlı xəbərlər gəlir: Mehridə dünya müharibəsi çıxacaq - İDDİA - VİDEO
30.06.2026 13:40 Dünya

Ermənistanlı politoloq Artur Xaçikyan İsrailin son açıqlamalarını şərh edərkən Cənubi Qafqazdakı geosiyasi vəziyyətə də toxunub. O, xüsusilə Mehri istiqamətində gələcəkdə gərginliyin arta biləcəyini iddia edib.

TodayPress TV xəbər verir ki, Xaçikyanın sözlərinə görə, İsrailin son mövqeyi ermənilərlə və ya qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı deyil. O hesab edir ki, bunun əsas səbəbi Türkiyə ilə İsrail arasında Suriya, Qəzza və ümumilikdə Yaxın Şərqdə nüfuz uğrunda rəqabətin kəskinləşməsidir.

Politoloq bildirib ki, növbəti geosiyasi qarşıdurmanın əsas nöqtələrindən biri Mehri ola bilər. Onun fikrincə, bu ərazi Türkiyə, Azərbaycan, İsrail və ABŞ ilə Rusiya və İranın maraqlarının toqquşduğu strateji bölgəyə çevrilir.


Xaçikyanın iddiasına görə, bir tərəf Mehri üzərindən nəqliyyat əlaqələrinin açılmasını İranın şimal istiqamətindən təcrid edilməsi, Türkiyə ilə Azərbaycanın quru əlaqəsinin təmin olunması və Rusiyanın cənubdakı kommunikasiya imkanlarının zəiflədilməsi baxımından vacib sayır. Digər tərəfdən isə Rusiya və İran bu layihənin qarşısını almağa və ya prosesdə iştirak etməyə çalışacaq.

O, həmçinin bildirib ki, Ermənistanın zəif diplomatik mövqeyi səbəbindən ölkə ilə bağlı qərarlar yenidən böyük dövlətlər arasında verilə bilər. Onun sözlərinə görə, tərəflər razılığa gəlsələr, İrəvan fakt qarşısında qala bilər, razılıq əldə olunmasa isə bölgədə gərginlik arta bilər.

Politoloq əlavə edib ki, Türkiyə ilə İsrail arasında təsir dairələrinin bölüşdürülməsi ilə bağlı razılaşma da mümkündür. Onun fikrincə, belə bir ssenaridə Türkiyə Cənubi Qafqazda, İsrail isə Yaxın Şərqdə öz maraqlarını təmin etməyə çalışacaq.

Xanım Musayeva

XƏBƏR LENTİ
15 IYUL 2026
Putin tabutunu da qoltuğuna alıb peşman döndü - Çin quyu qazdı... 11:55 Hörmüz boğazı alışdı, bir çınqıl da düşdü Bab əl-Məndəbə 11:43 Slovak lider Ulu öndərin xatirəsini ehtiramla yad etdi 11:33 800 min il əvvəl insanların od üçün istifadə etdiyi mənbə necə tapılıb? 11:08 TRİPP yolu Zəngəzur dəhlizinin bir hissəsidir, əksi mövcud deyil - TƏHLİL 11:21 Fransa yanır: Yüzlərlə yanğınsöndürən alovu ram edə bilmir - VİDEO 11:08 Oktyabrın 22-də Ağbənddən şəhid xəbəri gəldi - Xudayarın ölümü ölkəni silkələdi 11:08 Keçmiş komandirlər İsrail Ordusu haqqında elə şeylər dedilər ki... 10:55 Prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı 10:49 "Anthropic"in yeni reklamı mübahisə yaratdı: Süni intellektə etibar etmək olarmı? 10:48 Avropada minlərlə insanı öldürdü, Bakıya da çatdı – Bu saatlarda çölə çıxmayın! 10:41 "Danışmaq istəyirəm, qoymurlar..." - Haluk Levent Süleyman Soylu haqqında nə bilir? 10:36 Britaniya kiberdələduzluq edən Pakistan vətəndaşını Azərbaycana təhvil verəcək 10:32 Aİ və Ukrayna ordusu birləşir? - Lyayen bəyanat verdi 10:12 Lamin Yamal unikal rekorda imza atdı 10:09 Azərbaycan nefti 6%-dən çox bahalaşdı - SON QİYMƏTLƏR 10:00 Beşinci nəsil qırıcılar işə düşdü: Rusiya gecə saatlarında Çornomorsk limanını hədəf aldı - VİDEO 09:40 İranda ardıcıl partlayışlar: ABŞ-nin zərbələrindən sonra strateji liman şəhərindən yeni görüntülər yayıldı 09:30 Dünya bazarlarında neft bahalaşdı 09:23 "Sabah" Azərbaycanın əmsalını daha da artırdı 09:14 Azərbaycan XİN Türkiyəyə mesaj ünvanladı 08:45 Tramp İrana qarşı yeni hərbi əməliyyatı müzakirə etdi 08:41 Etna vulkanında aktivlik son 15 ildə xeyli artıb - SƏBƏB 08:30 SEPAH ABŞ bazalarına zərbə endirdiyini açıqladı - VİDEO 08:25 Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilər işıqsız qalacaq 23:06 Bütün Xəbərlər