Tramp İrana qarşı yeni hərbi əməliyyatı müzakirə etdi
ABŞ Prezidenti Donald Trampın Ağ Evin Vəziyyət Otağında İrana qarşı daha genişmiqyaslı hərbi əməliyyatı müzakirə etmək üçün görüş keçirdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, "Axios"un mənbələrə istinadən yaydığı məlumata görə, görüşdə İrandakı strateji hədəflərə mümkün zərbələr müzakirə olunub. Nəşr iddia edir ki, planlaşdırılan əməliyyatın hazırkı hücumlardan daha genişmiqyaslı olacağı gözlənilir.
Görüşdə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset iştirak ediblər.
Mənbələrin iddiasına görə, Vaşinqtonun məqsədi Tehrana ciddi zərbə vuraraq Hörmüz boğazının açılmasına və İranın ABŞ-nin nüvə proqramı ilə bağlı tələblərini qəbul etməsinə nail olmaqdır.
Türkan İsgəndərli