Aİ kiberzəifliklərə dair vahid baza yaratdı

Aİ kiberzəifliklərə dair vahid baza yaratdı
10.06.2025 10:34 Dünya

Avropa İttifaqı kiberhücumlara qarşı dayanıqlığı artırmaq məqsədilə “Avropa zəifliklər bazası” adlı yeni məlumat platforması yaradıb. Bu addım ABŞ-nin beynəlxalq kibertəhlükəsizlik layihələrinə maliyyə dəstəyini azaltdığı bir dövrə təsadüf edir.

TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

“Biz, Avropa olaraq, qlobal zəifliklərin idarə olunması sisteminin möhkəmləndirilməsində rol almağa hazırıq. ABŞ-da bəzi dəyişikliklər baş verib, lakin sistem hələlik işlək vəziyyətdədir. Onun davamlılığını artırmaq üçün Avropa öz məsuliyyətini daşımalıdır”, - Avropa İttifaqının Kibertəhlükəsizlik Agentliyinin (ENISA) baş direktoru Yuhan Lepassaar bildirib.

Lepassaar qeyd edib ki, ABŞ-nin Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) növbəti il üçün hazırlanan büdcə çərçivəsində 1000-dən çox əməkdaşın ixtisarını və təxminən 495 milyon dollar maliyyə azaldılmasını planlaşdırır. Bu, beynəlxalq kibertəhlükəsizlik təşəbbüslərində boşluqlar yarada bilər.

ENISA rəhbəri əlavə edib ki, son illər ərzində kiberhücumların sayı artıb və ən həssas sektorlar arasında səhiyyə və tullantı su sistemləri xüsusilə təhlükə altındadır.

“Bu sahələrdə müdafiə tədbirləri prioritet olmalıdır”, – deyə o vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
02 AVQUST 2026
Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Bütün Xəbərlər