Aİ ABŞ məhsullarına qarşı yeni rüsumlar hazırlayır

Aİ ABŞ məhsullarına qarşı yeni rüsumlar hazırlayır
14.07.2025 21:30 Dünya

ABŞ Prezidenti Donald Tramp ilə gömrük mübahisəsi çərçivəsində Avropa İttifaqı (Aİ) Birləşmiş Ştatlardan idxal olunan mallara qarşı əlavə cavab rüsumları tətbiq etməyə hazırlaşır. Bu tədbirlərin ümumi həcmi 72 milyard avro təşkil edir və Vaşinqton ilə aparılan danışıqların uğursuz olacağı təqdirdə qüvvəyə minməsi planlaşdırılır.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının ticarət üzrə komissarı Maroş Şefçoviç məlumat verib.

ABŞ-dən idxal olunan sənaye və kənd təsərrüfatı məhsullarını əhatə edəcək siyahı ictimai məsləhətləşmədən sonra yenilənib. Əvvəlcə rüsumlar 95 milyard avro dəyərində idxal məhsullarını əhatə etsə də, son versiyada bu məbləğ 72 milyard avro həcminə endirilib. Lakin M.Şefçoviç siyahıdan hansı məhsulların çıxarıldığı barədə məlumat verməyib.


Komissar D.Trampın yeni gömrük rüsumu ilə bağlı son açıqlamasından məyusluğunu vurğulayaraq bildirib: “Biz əsas razılaşma üzərində həftələrlə çalışmışdıq və demək olar ki, məqsədə çatmışdıq. Bu açıqlama indi vəziyyətə tamamilə başqa bir dinamika gətirir”. O, ABŞ Prezidentinin planlarının həyata keçirilməsinin Trans-Atlantik ticarətə ciddi zərbə vuracağı barədə xəbərdarlıq edib.

XƏBƏR LENTİ
12 AVQUST 2026
ABŞ “dayan” dedi, Zelenski geri addım atdı 11:13 Mourinyo-Qvardiola gərginliyi yenidən gündəmdə: filmə belə düşmədi 10:50 37 nəfər Almaniyadan Azərbaycana qaytarılıb - DMX 10:45 Superkubok həyəcanı! Vitinya “Aston Villa” qarşısında PSJ-yə güvənir 10:48 Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə oldu 10:17 Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı 09:58 Avropada daha bir zəfər! “Sabah” Azərbaycana xal qazandırdı 10:34 Naxçıvana 258 milyon manat ayrıldı - PREZİDENT SƏRƏNCAM İMZALADI 10:24 “Bu uşaqlar çox pisdirlər!” Bred Pitt futbolçuları tənqid etdi 10:19 XİN-dən gənclərə təbrik: “Böyük qürur hissi doğurur” 09:46 Trampdan etiraf: "Onlar nə deyirsə, mən onu edirəm" 09:45 İngiltərə futbolunda iz qoyan qadın hakim karyerasını bitirir 10:03 Tramp: "İrana inanmıram" 08:46 6 min azarkeş, bir kubok, böyük savaş! Emeri “PSJ” matçına köklənib 09:54 Sevastopola kütləvi PUA hücumu 09:34 Bundesliqada inanılmaz start! Yeni top məhsuldarlığı artırıb 09:26 Azərbaycan nefti bahalaşdı 09:24 Transfer bazarında Baloqun savaşı! “Qalatasaray” da namizədlər arasındadır 09:21 "Tesla" 20 mindən çox avtomobilini geri çağırır 09:08 Lebronun debüt oyunu NBA tarixində bilet qiyməti rekordu qırdı 08:57 Bakıda 46 kiloqram narkotiklə bağlı əməliyyat: 3 nəfər saxlanıldı 08:54 Qasperinin istəyi gerçəkləşir! “Roma” “İnter”dən ulduz alır 09:10 Diqqət! Bu ərazilərdə qaz olmayacaq 08:27 Novorossiyskdə PUA hücumu: Limandakı iri taxıl terminalına zərbə endirildi - VİDEO 08:17 İsveç sursat tədarükünə 52,5 milyon DOLLAR ayrıldı 01:37 Bütün Xəbərlər