Ağacəkmə mərasimində səmimi anlar: Pezeşkian Pakistan rəsmilərini necə təəccübləndirdi? - VİDEO

Ağacəkmə mərasimində səmimi anlar: Pezeşkian Pakistan rəsmilərini necə təəccübləndirdi? - VİDEO
24.06.2026 14:19 Dünya

İran Prezidenti Məsud Pezeşkianın Pakistana səfəri zamanı maraqlı an yaşanıb.

TodayPress TV "Globalinfo.az"a istinadən xəbər verir ki, bu barədə sosial mediada görüntülər yayılıb.

Belə ki, İslamabadda İran Prezidentinə simvolik olaraq ağac əkilməsi təklif olunub.

Protokola əsasən, onun sadəcə bir neçə kürək torpaq atması nəzərdə tutulurdu.

Lakin Pezeşkian bu işə o qədər həvəslə yanaşıb ki, bir neçə kürəklə kifayətlənməyərək torpaq tökməyə davam edib.

Hətta Pakistanın Baş naziri Şahbaz Şərif dəfələrlə “kifayətdir” desə də, İran lideri ağacın ətrafına torpaq tökməyi davam etdirib.

Bu anlar tədbir iştirakçıları arasında gülüş və maraqla qarşılanıb.

Qeyd edək ki, iyunun 23-də İran Prezidenti Məsud Pezeşkian Pakistanın paytaxtı İslamabadda rəsmi səfərə gedib. Səfər Pakistan hökumətinin dəvəti əsasında baş tutub.

Bundan əvvəl Məsud Pezeşkian bildirmişdi ki, Pakistanın İranla ABŞ arasında anlaşmanın əldə olunması istiqamətində göstərdiyi səylər bu səfərin reallaşmasında mühüm rol oynayıb.

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
"Neftçi" Endryu Qravilyonun transferini açıqladı 17:22 Azərbaycanda həbs edilən Türkmənistan vətəndaşı Qırğızıstana təhvil verildi 17:07 Az qala diri-diri yanırdı: Fırıldaqçılar qadına ağlasığmaz əməl etdirdi - VİDEO 16:58 Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşdü 16:48 Kardiomeqaliya nədir? Ürəyin böyüməsinin səbəbləri və idarə olunması 16:44 AccessBank müştərilərinə xəbərdarlıq etdi - Kartlarda balansın mənfi olmasının səbəbi nədir? 16:40 Daha sağlam və parlaq dəri üçün gündəlik qulluq vərdişləri 16:30 “M10”la əməkdaşlıq bitəndən sonra ABB müştərilərinin pulları niyə yoxa çıxdı? 16:30 Yaşlı əhalinin regionlar üzrə paylanması açıqlandı 16:30 Məhkum edilən şəxsin vaxtilə gizlədiyi silah tapıldı 16:15 Pakistanın Azərbaycandakı səfirliyi bu tarixlərdə işləməyəcək 15:53 Azərbaycanlı ABŞ-nin hərbi attaşesi təyin edildi – FOTO 15:48 ABB hesablarında problem: Kartlardan əlavə vəsaitlər silinir 15:34 Zelenski Putinlə danışıqları TƏLƏB edir, təklif etmir 15:27 Qolu Amerikada atır, "time out"u Kanadada keçirir — İranın başına gələn müsibətlər 15:22 Müasir gənclər niyə əvvəlki nəsildən 2 dəfə cavan görünür? SİRR AÇILDI 15:16 Ərdoğan ifşa etdi: Türklər, kürdlər, ərəblər və farslar hədəfdə imiş! 15:02 Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu 15:04 Prezident Numan Kurtulmuşu qəbul etdi 14:49 Kolumbiyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”da 14:31 Sidik yolu infeksiyası: Necə yaranır, əlamətləri nələrdir və necə müalicə olunur? 14:26 Ağacəkmə mərasimində səmimi anlar: Pezeşkian Pakistan rəsmilərini necə təəccübləndirdi? - VİDEO 14:19 Rusiyanın dilindən Zəngəzur dəhlizi düşmür - Vəziyyət gərginləşir 14:18 Sosial şəbəkə ilə terror göstərişi verən silahlı vuruldu 14:11 Qərb Rusiyanı artıq dəfn edib, Moskva isə tabutu başqası üçün hazırladığını açıqladı 14:09 Bütün Xəbərlər